top
Kürdəmirdə qayınana kürəkənini BEL SAPI İLƏ DÖYDÜ
28 fevral 2025, 05:56
- +

Kürdəmirdə qayınana kürəkənini BEL SAPI İLƏ DÖYDÜ

Kürdəmirdə kürəkənlə qayınana arasında dava olub.

İnsanoid.com-un verdiyi məlumata görə, hadisənin istintaqı Kürdəmir Rayon Məhkəməsində aparılıb.

Belə ki, təqsirləndirilən Zeynəb Səfərova (ad şərtidir) 1969-cu ildə Biləsuvar rayonunda anadan olub. Ötən ilin sentyabrında aralarında yaranmış münaqişə zamanı kürəkəni Sabir Əliyevi (ad şərtidir) dəmir parçası və bel sapı ilə döyüb. Münaqişəyə səbəb kürəkəninin gəlib arvadını evinə aparmaması olub.

Nəticədə Zeynəb Səfərova CM-nin 128-ci (qəsdən sağlamlığa zərbə vurma) maddəsi ilə təqsirləndirilib.

Təqsirləndirilən Zeynəb Səfərova məhkəmə iclasında verdiyi ifadədə özünü təqsirli bilmədiyini deyib:

“Sentyabrın 8-i qızım Aygün kürəkənim Sabirlə bizim evə qonaq gəldi. Sabir həmin gün öz evlərinə qayıtsa da, qızım bizdə qaldı. Qızım bir neçə gün bizdə qaldıqdan sonra onu öz evinə apardım. Qapıdan içəri girəndə Aygün ərindən “niyə görə gəlib onu aparmadığını” soruşdu. Bu vaxt Sabirin anası bizi söyərək, üstümüzə hücum etdi. Əlindəki çanta ilə Aygünün üzünə zərbə endirdikdən sonra oğlu ilə birləşib bizi döydülər.

Qudam Sevda turşu bankası ilə qızımın başına vurdu. Oğlu qırıq şüşələrlə Aygünün qolunu kəsdi. Mənim haqqımda deyilənlərin hamısı şər, böhtandır. Mən Sabiri döyməmişəm”.

Daha sonra məhkəmədə zərərçəkmiş Sabir Əliyev ifadə verib:

“Aygünlə telefon vasitəsi ilə tanış olub, evlənmişik. Sentyabrın 8-i Biləsuvar şəhərində yaşayan qayınanamgilə qonaq getdik. Axşam mən evə qayıtsam da, həyat yoldaşım anasıgildə qaldı. Bir neçə gün sonra Aygün anası Zeynəblə Kürdəmirdəki evimizə gəldi. Onlar evə girən kimi arvadım sinəmdən itələyib, onu evə aparmaq üçün niyə gəlmədiyimi soruşdu. Daha sonra içəri daxil olub evin şüşələrini əli ilə vuraraq sındırdı. Anası Zeynəb də mənim anamı söyməyə başladı. Aygün anamın üstünə cumaraq boğazından tutub, yerə yıxdı. Qayınanam da turşu bankasını götürüb öz başına vurdu. Ardınca bankanın qırılmış şüşələrini götürüb anamı vurmaq istədi.

Anam kömək üçün çölə qaçarkən Zeynəb xala dəmir parçasını götürüb başıma bir dəfə vurdu. Daha sonra da bel sapı ilə döyməyə başladı”.

Hər iki tərəfin ifadəsindən sonra Zeynəb Səfərova təqsirli bilinib. Məhkəmənin qərarı ilə o, 6 ay müddətində azadlıqdan məhrum edilib.

Fidan İlqar

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 09:12

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə iki oyunla start veriləcək

Bütün Xəbərlər
Dünən, 15:56

AZAL və "Air Serbia" yeni kod-şerinq tərəfdaşlığına başlayıb

Bütün Xəbərlər
Dünən, 14:11

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə geniş tərkibdə görüşü olub

Bütün Xəbərlər
Dünən, 13:41

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü olub

Bütün Xəbərlər
Dünən, 12:49

Prezident İlham Əliyevin Gürcüstanın Prezidenti ilə təkbətək görüşü olub

Bütün Xəbərlər
Dünən, 10:08

İlham Əliyev Gürcüstanda dövlət səfərindədir

Hərbi
Dünən, 09:34

Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Cəmiyyət
04 aprel 2026, 05:53

Əli Əsədov leysan yağışların vurduğu zərərlə bağlı tapşırıqlar verib

Siyasət
04 aprel 2026, 01:19

İlham Əliyev Seneqal Prezidentini təbrik edib

Cəmiyyət
03 aprel 2026, 22:57

Yol polisi mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Cəmiyyət
03 aprel 2026, 22:47

FHN gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Siyasət
03 aprel 2026, 22:44

Prezident İlham Əliyev: "Həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik"

Siyasət
03 aprel 2026, 22:42

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır

Cəmiyyət
03 aprel 2026, 07:09

Həlak olan iki minatəmizləyənin ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib

Siyasət
03 aprel 2026, 06:00

Azərbaycanın səfirlik, nümayəndəlik, konsulluq və fəxri konsulluqları haqqında əsasnamələr təsdiqlənib

Cəmiyyət
03 aprel 2026, 05:25

Prezident minatəmizləmədə fərqlənən bir qrup şəxsi medalla təltif edib

Cəmiyyət
03 aprel 2026, 04:45

Bakı metrosunda qatarlar arasında interval növbəti dəfə azaldılıb

Cəmiyyət
03 aprel 2026, 04:28

"e-Sosial" mobil tətbiqi fəaliyyətini dayandırır

Nəqliyyat
03 aprel 2026, 00:45

Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsi ödənişli olacaq

Cəmiyyət
02 aprel 2026, 23:25

Mart ayında 91 nəfər zəhərlənib

İdman
02 aprel 2026, 06:41

“Azərbaycanda oynasam, babam sevincindən uçar” - Roman Kərimovun MÜSAHİBƏSİ - FOTO

Cəmiyyət
02 aprel 2026, 04:10

MİDA-da rəhbər vəzifəyə təyinat olub

Hava
02 aprel 2026, 01:46

Sabahın hava proqnozu açıqlanıb

Kriminal
02 aprel 2026, 01:40

Bakıda doğum günündə ərini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Oxşar xəbərlər