top
Ölkəni sarsıdan qətllər, cinayətlər: 2025-ci ilin ən AĞIR HADİSƏLƏRİ
30 dekabr 2025, 04:11
- +

Ölkəni sarsıdan qətllər, cinayətlər: 2025-ci ilin ən AĞIR HADİSƏLƏRİ

Yola saldığımız 2025-ci il ölkə ərazisində Azərbaycan cəmiyyəti üçün geniş rezonans doğuran hadisələr, onlarla qətl, müəmmalı ölüm, ailədaxili zorakılıq, itkin düşmə və səs-küylü məhkəmə prosesləri ilə də yadda qalıb.

İnsanoid.com il ərzində ölkə gündəminə təsir edən hadisələrin icmalını təqdim edir:

Uşaq yaşda gəlin, yarımçıq qalan həyat...

İlin ən sarsıdıcı hadisələrindən biri Astara rayonunda baş verib. 17 yaşlı Əfsanə İmanova toy gecəsi həyatını itirib. Məlumata görə, o, 29 həftəlik hamilə olub və oktyabrın 28-i toy mərasimindən sonra vəziyyəti ağırlaşıb. Astara Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən gənc qıza ölü döl, septik şok, kəskin ürək, ağciyər və böyrək çatışmazlığı diaqnozu qoyulub. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Bu hadisə cəmiyyətdə erkən nikahlar, azyaşlıların sağlamlığı və hüquqlarının qorunması mövzusunda ciddi müzakirələr yaradıb.

İllər sonra açılan qətllər..

2025-ci il eyni zamanda illərdir cavabsız qalan itkin hadisələrinin açılması ilə yadda qalıb. 2016-cı ildə Cəlilabadda itkin düşən 1982-ci il təvəllüdlü Xəyalə Xəlilovanın qətlə yetirildiyi 9 il sonra məlum olub. Cinayətin əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü Elnur Nizami oğlu Eynullayev tərəfindən törədilməsi müəyyən edilib. O, qadını istifadəsiz tikilidə öldürərək basdırıb.

Oxşar hadisə Xaçmazda da baş verib. Belə ki, usta işləyən kirayəçi ev sahibi Ə.Ələkbərovu ov tüfəngi ilə qətlə yetirdikdən sonra cinayətin izini itirmək üçün ağlasığmaz üsula əl atıb. O, meyiti evin həyətində basdırıb və həmin yerin üzərində it damı inşa edib. Hadisədən sonra Ə.Əkbərovun taleyi ilə maraqlanan şəxslərə isə kirayəçi yalan məlumatlar verib. O, ev sahibinin aliment borcları olduğu üçün hüquq-mühafizə orqanlarından gizləndiyini iddia edib. Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Ə. Əkbərov 3 il ərzində aliment ödəmədiyi üçün hüquq-mühafizə orqanları tərəfindən axtarışda olub. Əməliyyat tədbirləri nəticəsində isə onun kirayəçisi Surəddin Həsənəliyev tərəfindən ov tüfəngi ilə qətlə yetirildiyi və meyitinin evin həyətində basdırıldığı üzə çıxıb.

Bununla yanaşı 2012-ci ildə Lənkəran şəhərində itkin düşmüş qadının qətlə yetirildiyi də bu il müəyyən edilib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1988-ci il təvəllüdlü Təranə Ağayevanı qətlə yetirməkdə şübhəli bilinən 1970-ci il təvəllüdlü Əliağa Kazımov saxlanılıb. Məlumata görə, qadının meyitinin qalıqları basdırıldığı yerdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Ailə dramları...

2025-ci ildə qətllərin əhəmiyyətli hissəsi ailə və məişət münaqişələri zəminində baş verib. Gədəbəydə ata öz oğlunu bıçaqlayaraq qətlə yetirib. Hadisə noyabrın 15-i rayonun Slaviyanka kəndində baş verib. Kənd sakini - 1988-ci il təvəllüdlü R.İlyasov yaşadığı evdə bıçaqlanıb. O aldığı ağır bıçaq xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Məlumata görə, qətlə yetirilən R.İlyasov atası İlqar İlyasov tərəfindən bıçaqlanaraq öldürülüb.

Qadın zorakılığı və yarımçıq talelər...

Gəncədə 3 uşaq anası Ayşən Sadıqovanın qətli ilin ən rezonanslı hadisələrindən olub. İllərlə qeyri-rəsmi nikahda yaşadığı Ramin Alıyev tərəfindən zorakılığa məruz qalan qadın, noyabrın 7-si küçədə bıçaqlanaraq öldürülüb. Cinayətin qısqanclıq zəminində baş verdiyi bildirilir.

Digər bir hadisə isə Qazax rayonunda qeydə alınıb. Belə ki, iyulun 14-də qadın qeyri-rəsmi münasibətdə yaşadığı kişiyə 20 manata görə şüşə parçası ilə ağır xəsarət yetirib. Məhkəmənin hökmü ilə təqsirləndirilən qadın 4 il 2 ay 28 gün müddətə azadlıqdan məhrum edilib.

Bundan başqa, aprelin 23-ü Şamaxıda 41 yaşlı kişi 29 yaşlı həyat yoldaşını qətlə yetirib. Hadisə qısqanclıq zəminində, rayonun “7 Günbəz” adlanan qəbiristanlığında baş verib. Belə ki, 1984-cü il təvəllüdlü Şamaxı sakini Vüsal Mobil oğlu Hidayətov həyat yoldaşı, 1995-ci il təvəllüdlü Sevda Aslan qızı Hidayətovanı adıçəkilən qəbiristanlığa apararaq ona çoxsaylı bıçaq zərbələri endirib və qadını qətlə yetirib. Cinayəti törədən Vüsal Hidayətov hadisədən sonra könüllü şəkildə polisə təslim olub.

Gənclərin ölümü...

Bununla yanaşı, Gəncədə 18 yaşlı Elgün İbrahimovun ölümü ölkə gündəmini dəyişən hadisələrdən olub. Belə ki, yeniyetmə oğlan mayın 12-si spirtli içki qəbul etdikdən sonra Texnologiya Universitetinin istifadəsiz yataqxanasına tək halda gedib. Yataqxananın 5-ci mərtəbəsində məhəccərsiz eyvana çıxaraq, orada bir neçə siqaret çəkmiş və eyvandan torpaqla örtülmüş sərt səthi olan həyətə yıxılaraq çoxsaylı xəsarətlər alıb. Ertəsi gün aldığı xəsarətlərdən dünyasını dəyişib. Onun ölüm səbəbi ilə bağlı istintaq davam edir.

Buna oxşar digər hadisə Gəncədə Mahrasa bağı yaşayış massivində qeydə alınıb. 2009-cu il təvəllüdlü Vaqif Rəfibəyli qətlə yetirilib. Hadisəni törətməkdə təqsirləndirilən Gəncə şəhər sakini, 2007-ci il təvəllüdlü Rihat Kamal oğlu Cəfərov polis idarəsində təslim olaraq törətdiyi əmələ dair ifadə verib. Qeyd edək ki, həyatını itirən yeniyetmə ədliyyə polkovnik-leytenantı Rövşən Rəfibəylinin oğludur. O, uzun illər Gəncədəki 2 Saylı İstintaq Təcridxanasının rejim rəisi vəzifəsində çalışıb. Bir neçə ay öncə təqaüdə çıxıb.

Məsciddə qətl...

Bakının Suraxanı rayonu Bülbülə qəsəbəsində iyulun 26-da məsciddə dəhşətli qətl hadisəsi baş verib. Hadisə dindarların gecələməsi üçün nəzərdə tutulan otaqda qeydə alınıb. 1990-cı il təvəllüdlü Səfərov Nadir Səfər oğlu yatdığı zaman kəsici-deşici alətlə qətlə yetirilib. Ona 30-a yaxın bıçaq zərbəsi vurulub. Əməliyyat-axtarış tədbirləri nəticəsində Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları cinayəti törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Məmmədov Elvin Elşad oğlunu saxlayıblar.

 

Fidan İlqar

 

 

Son xəbərlər

Bütün Xəbərlər
Dünən, 15:56

AZAL və "Air Serbia" yeni kod-şerinq tərəfdaşlığına başlayıb

Bütün Xəbərlər
Dünən, 14:11

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə geniş tərkibdə görüşü olub

Bütün Xəbərlər
Dünən, 13:41

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü olub

Bütün Xəbərlər
Dünən, 12:49

Prezident İlham Əliyevin Gürcüstanın Prezidenti ilə təkbətək görüşü olub

Bütün Xəbərlər
Dünən, 10:08

İlham Əliyev Gürcüstanda dövlət səfərindədir

Hərbi
Dünən, 09:34

Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Cəmiyyət
04 aprel 2026, 05:53

Əli Əsədov leysan yağışların vurduğu zərərlə bağlı tapşırıqlar verib

Siyasət
04 aprel 2026, 01:19

İlham Əliyev Seneqal Prezidentini təbrik edib

Cəmiyyət
03 aprel 2026, 22:57

Yol polisi mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Cəmiyyət
03 aprel 2026, 22:47

FHN gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Siyasət
03 aprel 2026, 22:44

Prezident İlham Əliyev: "Həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik"

Siyasət
03 aprel 2026, 22:42

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır

Cəmiyyət
03 aprel 2026, 07:09

Həlak olan iki minatəmizləyənin ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib

Siyasət
03 aprel 2026, 06:00

Azərbaycanın səfirlik, nümayəndəlik, konsulluq və fəxri konsulluqları haqqında əsasnamələr təsdiqlənib

Cəmiyyət
03 aprel 2026, 05:25

Prezident minatəmizləmədə fərqlənən bir qrup şəxsi medalla təltif edib

Cəmiyyət
03 aprel 2026, 04:45

Bakı metrosunda qatarlar arasında interval növbəti dəfə azaldılıb

Cəmiyyət
03 aprel 2026, 04:28

"e-Sosial" mobil tətbiqi fəaliyyətini dayandırır

Nəqliyyat
03 aprel 2026, 00:45

Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsi ödənişli olacaq

Cəmiyyət
02 aprel 2026, 23:25

Mart ayında 91 nəfər zəhərlənib

İdman
02 aprel 2026, 06:41

“Azərbaycanda oynasam, babam sevincindən uçar” - Roman Kərimovun MÜSAHİBƏSİ - FOTO

Cəmiyyət
02 aprel 2026, 04:10

MİDA-da rəhbər vəzifəyə təyinat olub

Hava
02 aprel 2026, 01:46

Sabahın hava proqnozu açıqlanıb

Kriminal
02 aprel 2026, 01:40

Bakıda doğum günündə ərini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Siyasət
02 aprel 2026, 01:17

Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Oxşar xəbərlər