top
Sabiq icra başçısının həyat yoldaşı mülk tələb edir
03 aprel 2025, 05:07
- +

Sabiq icra başçısının həyat yoldaşı mülk tələb edir

Şirvan Apellyasiya Məhkəməsində hakim Habil Bəhmənovun sədrliyi ilə Kürdəmirin sabiq icra başçısı Ceyhun Cəfərovun həyat yoldaşının şikayətinə baxılıb.

Musavat.com xəbər verir ki, sabiq icra başçısının həyat yoldaşı Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 12 sot torpaq sahəsinin qaytarılmasını tələb edir.

Həmin torpaq sahəsi Ceyhun Cəfərov korrupsiya əməllərinə görə həbsə alınandan sonra bu və digər əmlakları xüsusi müsadirəyə götürülüb, üzərlərinə həbs qoyulub.

Şikayətçi məhkəmədən xahiş edib ki, Ceyhun Cəfərov barəsindəki hökm həyətyanı torpaq sahəsinin xüsusi müsadirə edilməsi hissədə ləğv edilsin və əmlak üzərində olan həbsi götürülsün. Apellyasiya instansiyası şikayətin dəlillərini araşdıraraq əsassız olması qərarına gəlib, apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Ceyhun Cəfərov 2020-ci ilin avqustunda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs olunub.

Əməliyyat zamanı icra başçısı Ceyhun Cəfərov, başçının birinci müavini Tacəddin Novruzov, Ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov və digər vəzifəli şəxslərin saxlanılıb. Hər üç şəxsə Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham verilib və barələrində həbs qətimkan tədbiri seçilib.

Həbsindən sonra Ceyhun Cəfərovun müsadirəyə götürülən mal-mülk siyahısı da ictimailəşdirilmişdi.

Müsadirə edilən əmlakların siyahısını təqdim edirik:

Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Rabitə Nazirliyinin Poçt Daşıma Mərkəzinin bağçılıq yoldaşlığın I sektor 02 saylı bağ sahəsində yerləşən 0,0370 ha torpaq sahəsi;

Şüvəlan qəsəbəsində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi;

Kürdəmir rayonu, Atakişili kəndində yerləşən fərdi yaşayış evi;

Kürdəmir rayonu, Pirili kəndində yerləşən 6,94 ha kənd təsərrüfat təyinatlı və 0,48 ha həyətyanı torpaq sahələri;

Kürdəmir rayonu Karrar kəndində 2,07 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi;

Kürdəmir şəhəri, Bakı prospektində 0,0042 ha torpaq sahəsi;

Kürdəmir şəhəri, Xalid Qənbərov küçəsi 15 ünvanında yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi;

Kürdəmir şəhəri, Xalid Qənbərov küçəsi 17 ünvanında yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi;

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şimal hissəsi 80 saylı ünvanda yerləşən 0,0300 ha torpaq sahəsi;

Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi ev 7 ünvanında yerləşən 83 nömrəli mənzil;

Bakı şəhəri, Binəqədi rayonu, İ.Dadaşov küçəsi 74 ünvanında yerləşən 41,5 kv.m qeyri-yaşayış binası.

Ceyhun Cəfərov və cinayət ortaqları Lənkəran Ağır Cinayətlər Məhkəməsində mühakimə olunublar. Sözügedən məhkəmənin hökmü ilə Ceyhun Cəfərov, Tacəddin Novruzov və Natiq Kərimovun hər biri 8 il 6 ay, Eynulla Novruzov, Məhəmməd Musayev, Mətləb Allahverdiyev, Rəsəb Hüseynovun hər biri 8 il üç ay, Emin Sadıqov 4 il, Sərvər Məmmədov 2 il 6 ay azadlıqdan məhrum edilib. Təqsirləndirlilən Məhəmməd Surxayev isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması şərti ilə 2 min manat cərimə olunub.

Sonradan Ceyhun Cəfərovun dövlətə vurulan ziyanı ödəməsi nəzərə alınaraq, Şirvan Apellyasiya Məhkəməsi cəza müddətini 6 ilə endirib, daha sonra Ali Məhkəmə qərarı ilə bu müddət 4 il 6 aya qədər azaldılıb. Cəza müddətində Ceyhun Cəfərov 2 ilini təcridxanada, 1 il 2 ayını ümumi rejimli cəza müəssisəsində, qalan 1 il 2 ayını isə məntəqə tipli cəzaçəkmə müəssisəsində keçirib. Məhkum son aylarda müdriyyətin icazəsi ilə müəyyən vaxtlarda cəzaçəkmə müəssisəsindən kənara çıxa bilirdi. Ceyhun Cəfərovla birlikdə həbs olunan birinci müavini Tacəddin Novruzov azadlığa buraxılıb.

Ceyhun Cəfərov və Tacəddin Novruzova qarşıdakı 2 il 6 ay müddətində dövlət və yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq qadağan edilib.

Son xəbərlər

Bütün Xəbərlər
Dünən, 15:56

AZAL və "Air Serbia" yeni kod-şerinq tərəfdaşlığına başlayıb

Bütün Xəbərlər
Dünən, 14:11

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə geniş tərkibdə görüşü olub

Bütün Xəbərlər
Dünən, 13:41

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü olub

Bütün Xəbərlər
Dünən, 12:49

Prezident İlham Əliyevin Gürcüstanın Prezidenti ilə təkbətək görüşü olub

Bütün Xəbərlər
Dünən, 10:08

İlham Əliyev Gürcüstanda dövlət səfərindədir

Hərbi
Dünən, 09:34

Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Cəmiyyət
04 aprel 2026, 05:53

Əli Əsədov leysan yağışların vurduğu zərərlə bağlı tapşırıqlar verib

Siyasət
04 aprel 2026, 01:19

İlham Əliyev Seneqal Prezidentini təbrik edib

Cəmiyyət
03 aprel 2026, 22:57

Yol polisi mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Cəmiyyət
03 aprel 2026, 22:47

FHN gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Siyasət
03 aprel 2026, 22:44

Prezident İlham Əliyev: "Həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik"

Siyasət
03 aprel 2026, 22:42

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır

Cəmiyyət
03 aprel 2026, 07:09

Həlak olan iki minatəmizləyənin ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib

Siyasət
03 aprel 2026, 06:00

Azərbaycanın səfirlik, nümayəndəlik, konsulluq və fəxri konsulluqları haqqında əsasnamələr təsdiqlənib

Cəmiyyət
03 aprel 2026, 05:25

Prezident minatəmizləmədə fərqlənən bir qrup şəxsi medalla təltif edib

Cəmiyyət
03 aprel 2026, 04:45

Bakı metrosunda qatarlar arasında interval növbəti dəfə azaldılıb

Cəmiyyət
03 aprel 2026, 04:28

"e-Sosial" mobil tətbiqi fəaliyyətini dayandırır

Nəqliyyat
03 aprel 2026, 00:45

Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsi ödənişli olacaq

Cəmiyyət
02 aprel 2026, 23:25

Mart ayında 91 nəfər zəhərlənib

İdman
02 aprel 2026, 06:41

“Azərbaycanda oynasam, babam sevincindən uçar” - Roman Kərimovun MÜSAHİBƏSİ - FOTO

Cəmiyyət
02 aprel 2026, 04:10

MİDA-da rəhbər vəzifəyə təyinat olub

Hava
02 aprel 2026, 01:46

Sabahın hava proqnozu açıqlanıb

Kriminal
02 aprel 2026, 01:40

Bakıda doğum günündə ərini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Siyasət
02 aprel 2026, 01:17

Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Oxşar xəbərlər