top
15 yaşlı “fosfor adam”: “Gözlərimiz titrəyir, bizə qəribə baxırlar”
26 yanvar 2025, 03:00
- +

15 yaşlı “fosfor adam”: “Gözlərimiz titrəyir, bizə qəribə baxırlar”

Yay mövsümünü sevməyən, günəşli havaların bitməsini istəyən olmaz, elə deyilmi? Amma günəş bəzilərinin gündüzünü qaranlığa çevirə bilir.

Söhbət albinos insanlardan gedir. Albinosların bəziləri düşünürlər ki, tanrı onları bu cür yaratmaqla yalnızca bir piqmenti (melanin) deyil, bütün azadlıqlarını alıb.

Albinizm haqqında danışmaq maraqlı və əhəmiyyətli bir mövzudur. Albinoslar doğuşdan olan genetik bir xüsusiyyətlə yaşayarlar. Albinizmin ən əsas səbəbi bədəndə melanin piqmentinin ya ümumiyyətlə olmaması, ya da çox az olmasıdır.

Cəmiyyətdə isə albinizmli insanlara qarşı bəzi stereotiplər və yanlış anlama vəziyyətləri mövcud ola bilər. Bəzi yerlərdə albinoslar hələ də nadir və ekzotik olaraq görülürlər, bu da onlara qarşı bəzi sosial çətinliklər yaradır.

Belə insanlardan biri də Şabran rayonunda anadan olan 15 yaşlı Ceylan Şükürovadır.

Bakuplus.az-a açıqlama verən Ceylan Şükürova deyir ki, albinosluğun ona kimdən keçdiyini bilmir:

“Albinosluq irsidir, gendən gələn bir hadisədir. Mənə kimdən keçdiyini bilmirəm. Ulu nənələrdə və ya ulu babalardan ola bilər. Albinosluq dəridə piqment azlığından əmələ gəlir. Belə insanların gözlərində melanin çatışmazlığı var və onların gözləri titrəyir. Titrəmənin səbəbi nistaqmus xəstəliyindəndir. Albinosların saçı ağ və ya sarı ola bilər. Albinos olmaq mənə həyatda sadəcə göz zəifliyi və dəriyə qulluqdan başqa heç bir çətinlik vermir”.

Cəmiyyətin albinoslara qarşı münasibətindən danışan Ceylan, bu fikirləri dəyişəcəyini hədəfləyib:

“Cəmiyyətin albinos insanlara qarşı münasibəti adama görə dəyişir. Bəziləri yaxşı mənada təəccüblənir, bəziləri isə pis mənada. Gələcəkdə istəyərəm ki, hər kəs albinosları başa düşsün və onları normal insanlardan ayırmasın. Albinoslar adi insandır, sadəcə rənglərinə görə fərqlənir. Bu bəyazlıq albinos insanların yaşam tərzinə mənfi təsir etmir.

Albinos olmağın xüsusi ehtiyacları var, məsələn, dəriyə qulluq. Albinos insanlar günəşə çıxarkən dərilərinə günəş kremi çəkməlidirlər, çünki günəşin ultrabənövşəyi şüaları albinoslara pis təsir edir. Əgər günəşin şüalarına çox məruz qalsalar, dəridə ləkə yarana bilər, dəri xərçəngi tuta bilərlər”.

Ceylan Şükürovanın gələcək məqsədi bloqer olmaqdır:

“Gələcək hədəfim tanınmış bloqer olub, albinos insanları gücləndirməkdir. Onlara cəsarət vermək, özlərinə inamlarını artırmaq istəyirəm. Elə buna görə gələcəkdə özümü həm dizayner, həm də tanınmış bloqer olaraq görürəm”.

Bu da belə… Albinizmli insanlar üçün daha inkluziv və məlumatlı bir cəmiyyət qurulması vacibdir, çünki albinizm xəstəlik deyil, sadəcə genetik bir xüsusiyyətdir. Albinosları anlamaq və dəstək çıxmaq onların həyatda daha rahat və bərabər imkanlara sahib olmalarını təmin edər.

Qeyd edək ki, mədəniyyətlərdə albinizmə dair fərqli inanclar və miflər də var. Bəzi yerlərdə albinosları “təbii güc” və ya “möcüzəvi varlıqlar” kimi görürlər. Amma bu yanaşma bəzən onları cəmiyyətdən təcrid etməyə və fərqli müalicə etməyə səbəb ola bilər.

Fidan İlqar

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 09:12

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə iki oyunla start veriləcək

Bütün Xəbərlər
Dünən, 15:56

AZAL və "Air Serbia" yeni kod-şerinq tərəfdaşlığına başlayıb

Bütün Xəbərlər
Dünən, 14:11

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə geniş tərkibdə görüşü olub

Bütün Xəbərlər
Dünən, 13:41

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü olub

Bütün Xəbərlər
Dünən, 12:49

Prezident İlham Əliyevin Gürcüstanın Prezidenti ilə təkbətək görüşü olub

Bütün Xəbərlər
Dünən, 10:08

İlham Əliyev Gürcüstanda dövlət səfərindədir

Hərbi
Dünən, 09:34

Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Cəmiyyət
04 aprel 2026, 05:53

Əli Əsədov leysan yağışların vurduğu zərərlə bağlı tapşırıqlar verib

Siyasət
04 aprel 2026, 01:19

İlham Əliyev Seneqal Prezidentini təbrik edib

Cəmiyyət
03 aprel 2026, 22:57

Yol polisi mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Cəmiyyət
03 aprel 2026, 22:47

FHN gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Siyasət
03 aprel 2026, 22:44

Prezident İlham Əliyev: "Həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik"

Siyasət
03 aprel 2026, 22:42

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır

Cəmiyyət
03 aprel 2026, 07:09

Həlak olan iki minatəmizləyənin ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib

Siyasət
03 aprel 2026, 06:00

Azərbaycanın səfirlik, nümayəndəlik, konsulluq və fəxri konsulluqları haqqında əsasnamələr təsdiqlənib

Cəmiyyət
03 aprel 2026, 05:25

Prezident minatəmizləmədə fərqlənən bir qrup şəxsi medalla təltif edib

Cəmiyyət
03 aprel 2026, 04:45

Bakı metrosunda qatarlar arasında interval növbəti dəfə azaldılıb

Cəmiyyət
03 aprel 2026, 04:28

"e-Sosial" mobil tətbiqi fəaliyyətini dayandırır

Nəqliyyat
03 aprel 2026, 00:45

Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsi ödənişli olacaq

Cəmiyyət
02 aprel 2026, 23:25

Mart ayında 91 nəfər zəhərlənib

İdman
02 aprel 2026, 06:41

“Azərbaycanda oynasam, babam sevincindən uçar” - Roman Kərimovun MÜSAHİBƏSİ - FOTO

Cəmiyyət
02 aprel 2026, 04:10

MİDA-da rəhbər vəzifəyə təyinat olub

Hava
02 aprel 2026, 01:46

Sabahın hava proqnozu açıqlanıb

Kriminal
02 aprel 2026, 01:40

Bakıda doğum günündə ərini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Oxşar xəbərlər