ABŞ-da ikimühərrikli şəxsi təyyarə Texas ştatının Viktoriya şəhərində avtomobil yoluna məcburi eniş etmək məcburiyyətində qalıb.
Xarici mənbələrin məlumatına görə, sərt eniş zamanı təyyarənin gövdəsi iki hissəyə ayrılıb və bir neçə avtomobilə ciddi zərər dəyib.
Təyyarənin qəza anı avtomobillərdən birinin videoqeydiyyatçı kamerasına düşüb.
Qəza nəticəsində üç avtomobil zədələnib, dörd nəfər isə yaralanıb. Pilotun qəza zamanı hər hansı xəsarət almadığı qeyd edilib.