Almaniya sakini elektrik mühərriklərindən istifadə edərək uçuş üçün nəzərdə tutulmuş kostyumun ilk uğurlu sınağını keçirib.
İnsanoid.com xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
Məlumata görə, Bavariyalı Konstantin Landuris üç ildir ki, havaya qalxmağa imkan verən səkkiz elektrik propelleri ilə təchiz edilmiş xüsusi kostyum üzərində çalışır. Sınaq zamanı o, bir neçə saniyə ərzində yerdən təxminən bir metr hündürlüyə qalxa bilib.
Qəzet bildirir ki, Landuris interyer dizaynı sahəsində çalışır və texnoloji sahədə peşəkar təcrübəyə malik deyil.
O, uçuş kostyumunu hazırlayarkən internetdə mövcud təlimatlardan istifadə edib və təyyarə modellərinin iş prinsiplərini öyrənib. İxtiraçı hesab edir ki, bu cür kostyumlar gələcəkdə təcili yardım xidmətlərində faydalı ola bilər.