İtaliyada 100 yaşlı barista istirahət günləri olmadan hər gün işləyir, onun sonuncu məzuniyyəti isə 67 il əvvəl olub.
Bu barədə "The Guardian" xəbər verir.
"Bar Centrale" barının sahibi Anna Possidən ölkəsində bu peşənin ən yaşlı qadın nümayəndəsidir.
Barista, yaşına baxmayaraq, hər gün müştərilərə qəhvə verir və onlarla söhbət edir.
Bildirilib ki, o, pensiyaya çıxmaq fikrindən hələ uzaqdır.