top
AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə onlayn bilet alışını asanlaşdırdı
11 dekabr 2024, 00:28
- +

AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə onlayn bilet alışını asanlaşdırdı

Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə onlayn bilet alışı prosesini sərnişinlər üçün daha rahat və sürətli etmək məqsədilə yeni rəqəmsal həllər tətbiq edib.

İnsanoid.com xəbər verir ki, AZAL-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə Naxçıvan reyslərinə onlayn aviabilet alışı artıq İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təqdim etdiyi “digital.login” sistemi ilə də mümkün olub. Yeni xidmət sərnişinlərin təyyarə bileti alarkən şəxsi məlumatlarını əl ilə daxil etmə ehtiyacını aradan qaldırır. “Digital.login” və ya “SİMA İmza” ilə verifikasiya prosesindən keçən sərnişinlər sadəcə şəxsiyyət vəsiqəsinin seriya nömrəsini qeyd etməklə bilet ala bilərlər. Digər şəxsi məlumatlar sistem tərəfindən avtomatik doldurulur. Bu yenilik bilet alışı prosesini sürətləndirir, insan səhvlərini minimuma endirir və vaxta qənaət edir.

Bir qrup sərnişin üçün bilet rəsmiləşdirildikdə yalnız bir nəfərin şəxsiyyətinin “digital.login” vasitəsilə təsdiqlənməsi kifayətdir. Lakin məlumatların avtomatik doldurulması yalnız verifikasiya prosesindən keçmiş şəxs üçün mümkündür, digər sərnişinlər barədə məlumatlar ənənəvi qaydada daxil edilməlidir.

Qeyd edək ki, AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə xidmət keyfiyyətini artırmaq və şəffaflığı təmin etmək üçün daha əvvəl də bir sıra rəqəmsal yeniliklər tətbiq edib. “SİMA İmza” inteqrasiyası ilə yanaşı, onlayn qeydiyyat xidməti də sərnişinlərin istifadəsinə verilib. Eyni zamanda, İRİA-nın “mygov” platforması vasitəsilə kassalarda rəqəmsal şəxsiyyət vəsiqəsindən istifadə etməklə aviabilet əldə etmək imkanı yaradılıb.

AZAL-ın tətbiq etdiyi bu rəqəmsal yeniliklər sərnişin məmnuniyyətini artırmağa və bilet alışı prosesini daha əlçatan etməyə yönəlib.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 13:05

Azərbaycan idmançılarının xarab olmuş medalları yenilənib

Bütün Xəbərlər
Bu gün, 12:01

Prezident İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib

Bütün Xəbərlər
Bu gün, 11:59

Azərbaycan Prezidenti İlham Əliyev Litvanın Baş nazirini qəbul edib

Siyasət
Bu gün, 11:42

Litvanın Baş naziri Bakıda şəhidlərin xatirəsini anıb

Bütün Xəbərlər
Bu gün, 11:24

Anatoli Banişevskinin yubiley poçt markaları dövriyyəyə buraxılıb

Bütün Xəbərlər
Bu gün, 09:18

Bakıda 6 narkokuryer saxlanılıb, 72 kq narkotik dövriyyədən çıxarılıb

Cəmiyyət
Dünən, 17:35

İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib

Bütün Xəbərlər
Dünən, 17:26

Çəhrayı arena, gimnastlarla məşq və Avropa Çempionatının startı - Portuqaliyadan REPORTAJ

Bütün Xəbərlər
Dünən, 16:32

TƏBİB-lə bağlı müəmmalara son - Rəhbərliyə surpriz təyinat

Cəmiyyət
Dünən, 14:13

SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub

Bütün Xəbərlər
Dünən, 13:05

Həftəsonu 52 mindən çox şagird buraxılış imtahanı verəcək

Bütün Xəbərlər
Dünən, 13:00

Bakı metrosu xətlərin ayrılması zamanı sərnişin sıxlığını aradan qaldırmaq üçün tədbirlər görəcək

Bütün Xəbərlər
Dünən, 11:29

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul edib

Siyasət
Dünən, 11:09

Azərbaycan XİN ABŞ ilə İran arasındakı atəşkəsi alqışlayır

Bütün Xəbərlər
Dünən, 09:11

FHN gözlənilən küləkli havaya görə əhaliyə müraciət edib

Cəmiyyət
07 aprel 2026, 16:42

Azərbaycanın ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olan şəxslər təltif edilib - SİYAHI

Cəmiyyət
07 aprel 2026, 16:18

Dini başörtüyünün ləğvi ilə bağlı yaydığımız məlumatla əlaqədar AÇIQLAMA

Bütün Xəbərlər
07 aprel 2026, 16:14

Mustafa Çiftçi: İstanbuldakı atışmada bir şübhəli öldürülüb, hücum edənlərin şəxsiyyəti müəyyənləşib

İdman
07 aprel 2026, 15:20

Olimpiya mükafatçısı Azərbaycan millisinin Avropa çempionatındakı heyətinə daxil edilməyib

Siyasət
07 aprel 2026, 14:47

Prezident İlham Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul edib

Bütün Xəbərlər
07 aprel 2026, 13:11

Sabah Bakıda 17, rayonlarda 23 dərəcə isti olacaq - PROQNOZ

Bütün Xəbərlər
07 aprel 2026, 10:57

Səmada 34 il: AZAL yaranma tarixini qeyd edir

Bütün Xəbərlər
07 aprel 2026, 09:12

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə iki oyunla start veriləcək

Nəqliyyat
06 aprel 2026, 15:56

AZAL və "Air Serbia" yeni kod-şerinq tərəfdaşlığına başlayıb

Oxşar xəbərlər