top
Azərbaycanda ilk: üç xəstəyə meyitin orqanları köçürülüb - Təfərrüatlar AÇIQLANDI
25 fevral 2025, 00:39
- +

Azərbaycanda ilk: üç xəstəyə meyitin orqanları köçürülüb - Təfərrüatlar AÇIQLANDI

Azərbaycanın səhiyyə tarixində ilk dəfə meyitdən orqan köçürülməsi əməliyyatları həyata keçirilib. Orqan transplantasiyası Mərkəzi Gömrük Hospitalında və Milli Oftalmologiya Mərkəzində gerçəkləşib.


Bəs əməliyyatlar neçə xəstə üzərində aparılıb, xəstələrə meyitin hansı orqanları köçürülüb? Ümumiyyətlə, hazırda orqanlarını öldükdən sonra bağışlamaq istəyənlər varmı?


Modern.az saytı bu və digər suallara cavab almaq üçün Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə müraciət edib.

Mərkəzdən bildirilib ki, son iki il ərzində ölümündən sonra orqanlarını bağışlamaq istəyənlərin sayı təxminən 100-ə yaxın olub.

Qeyd edilib ki, fevralın 24-də həyata keçirilən orqan köçürmə əməliyyatı üç xəstə üzərində aparılıb:


“Bütün əməliyyatlar uğurla həyata keçirilib. Meyitdən götürülmüş qaraciyər Mərkəzi Gömrük Hospitalında, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazıminin rəhbərlik etdiyi peşəkar tibbi heyət tərəfindən hepatit B və hepatit D-yə görə qaraciyər sirrozundan əziyyət çəkən, canlı donoru olmayan 12.10.2002-ci il təvəllüdlü Şərifova Mənzər Yaşar qızına uğurla köçürülüb.

Gözün buynuz qişası isə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində ixtisaslaşmış cərrah-oftalmoloq, tibb üzrə fəlsəfə doktoru Cəmil Həsənov və peşəkar komanda tərəfindən iki resipiyentə transplantasiya edilib. Onlardan biri Zaqatala, digəri isə Füzuli rayon sakinidir.


Hazırda hər üç pasiyentin vəziyyəti qənaətbəxşdir və mütəxəssislərimizin nəzarəti altındadır”.


Mərkəzin məlumatında qeyd edilib ki, orqanı götürülən meyitlə orqan köçürülən şəxslər arasında heç bir qohumluq əlaqəsi yoxdur.


“Meyit donorun orqanları gözləmə siyahısında
Həyata keçrilən orqan transplantasiyası əməliyyatları dövlət vəsaiti hesabına aparılıb. Xəstələrdən əlavə ödəniş tələb olunmayıb”, - deyə Mərkəzdən qeyd edilib.

Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən onu da deyiblər ki, vəfat edəndən sonra sağlam orqanlarını bağışlamaq istəyən vətəndaşlar bunun üçün həmin quruma müraciət edə bilərlər:


“Ölümündən sonra orqanlarını bağışlamaq istəyən şəxslər Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə müraciət etməli və Səhiyyə Nazirliyinin Kollegiyası tərəfindən təsdiq edilmiş ərizə formasını doldurmalıdırlar.

Müraciət ünvanı: Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi
Ünvan: Nəsib bəy Yusifbəyli küç. 107, G blok, 8-ci mərtəbə


İş günləri: Bazar ertəsi - Cümə; İş saatları: 08:00 - 17:00


Donor olmaq istəyən şəxslər, həmçinin, odtkm.gov.az rəsmi internet səhifəsindəki "Donor ol" bölməsindən qeydiyyatdan keçərək, bu prosesə dəstək ola bilərlər”.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 09:12

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə iki oyunla start veriləcək

Bütün Xəbərlər
Dünən, 15:56

AZAL və "Air Serbia" yeni kod-şerinq tərəfdaşlığına başlayıb

Bütün Xəbərlər
Dünən, 14:11

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə geniş tərkibdə görüşü olub

Bütün Xəbərlər
Dünən, 13:41

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü olub

Bütün Xəbərlər
Dünən, 12:49

Prezident İlham Əliyevin Gürcüstanın Prezidenti ilə təkbətək görüşü olub

Bütün Xəbərlər
Dünən, 10:08

İlham Əliyev Gürcüstanda dövlət səfərindədir

Hərbi
Dünən, 09:34

Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Cəmiyyət
04 aprel 2026, 05:53

Əli Əsədov leysan yağışların vurduğu zərərlə bağlı tapşırıqlar verib

Siyasət
04 aprel 2026, 01:19

İlham Əliyev Seneqal Prezidentini təbrik edib

Cəmiyyət
03 aprel 2026, 22:57

Yol polisi mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Cəmiyyət
03 aprel 2026, 22:47

FHN gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Siyasət
03 aprel 2026, 22:44

Prezident İlham Əliyev: "Həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik"

Siyasət
03 aprel 2026, 22:42

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır

Cəmiyyət
03 aprel 2026, 07:09

Həlak olan iki minatəmizləyənin ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib

Siyasət
03 aprel 2026, 06:00

Azərbaycanın səfirlik, nümayəndəlik, konsulluq və fəxri konsulluqları haqqında əsasnamələr təsdiqlənib

Cəmiyyət
03 aprel 2026, 05:25

Prezident minatəmizləmədə fərqlənən bir qrup şəxsi medalla təltif edib

Cəmiyyət
03 aprel 2026, 04:45

Bakı metrosunda qatarlar arasında interval növbəti dəfə azaldılıb

Cəmiyyət
03 aprel 2026, 04:28

"e-Sosial" mobil tətbiqi fəaliyyətini dayandırır

Nəqliyyat
03 aprel 2026, 00:45

Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsi ödənişli olacaq

Cəmiyyət
02 aprel 2026, 23:25

Mart ayında 91 nəfər zəhərlənib

İdman
02 aprel 2026, 06:41

“Azərbaycanda oynasam, babam sevincindən uçar” - Roman Kərimovun MÜSAHİBƏSİ - FOTO

Cəmiyyət
02 aprel 2026, 04:10

MİDA-da rəhbər vəzifəyə təyinat olub

Hava
02 aprel 2026, 01:46

Sabahın hava proqnozu açıqlanıb

Kriminal
02 aprel 2026, 01:40

Bakıda doğum günündə ərini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Oxşar xəbərlər