top
Bakılı qadının qoğal bişirən avstriyalı əri – Bu dəfə xəngəl bişirmək istəyir
13 mart 2025, 12:36
- +

Bakılı qadının qoğal bişirən avstriyalı əri – Bu dəfə xəngəl bişirmək istəyir

Azərbaycanın hüdudlarından kənarda yaşayan insanların qarşılaşdığı mədəniyyətlərarası fərqlər, yeni həyat tərzi ilə bağlı hisslər və sosial cəhətdən üzləşdikləri mövzular öz aktuallığını saxlayır.

Bugünkü müsahibəmiz xaricdə yaşayan azərbaycanlı qadınlardan biri ilədir. O, uzun illərdir ki, özünü başqa bir mədəniyyətin və cəmiyyətin içində tapıb, amma eyni zamanda öz milli kimliyini qoruyub saxlayıb. Bu müsahibədə onun həyat yolunu, xaricdəki təcrübələrini və eyni zamanda avstriyalı həyat yoldaşının bizə məxsus şirniyyat olan qoğalı bişirməsindən danışacağıq.

Bakuplus.az Avstriyada yaşayan azərbaycanlı Leyla Allabauer ilə müsahibəsini təqdim edir:

– Əvvəlcə özünüzü təqdim edərsinizmi? Haradansınız? Avstriyaya nə zaman köçdünüz? Orada neçə müddətdir yaşayırsınız?

– 1984-cü ildə Bakıda anadan olmuşam. 2008-ci ildə təhsil almaq üçün Avstriyaya gəldim. Artıq on yeddi ildir ki, bu Avropa ölkəsi mənim ikinci evimə çevrilib.

– Avstriya mətbəxində daha çox nəyi bəyənirsiniz və Azərbaycan mətbəxi ilə müqayisə edəndə hansı fərqləri görürsünüz?

– Avstriya mətbəxi özünəməxsus və maraqlıdır, amma, əlbəttə ki, Azərbaycan mətbəxindən çox fərqlənir – həm dad baxımından, həm də yemək bişirmə fəlsəfəsinə görə. Azərbaycanda yemək sadəcə qida deyil, eyni zamanda tarix, ailə ənənələri və nəsildən-nəslə ötürülən bir mədəniyyətdir. Bizim mətbəximizdə ədviyyatlar daha çox, dad qatları daha dərin və hər bir yeməyin arxasında bir ritual, bir xüsusi ab-hava var. Məsələn, Avstriya mətbəxində əsas vurğu məhsulların keyfiyyətinə və sadəliyə edilirsə, Azərbaycanda həm hazırlıq prosesi, həm də süfrə mədəniyyəti böyük əhəmiyyət daşıyır.

– Ailə qurduğunuz bəy Avstriya vətəndaşıdır. Onunla tanışlığınız necə oldu?

– Həyat yoldaşım Berndlə tanışlıq hekayəm o qədər də sadə deyil ki, onu bir neçə cümləyə sığışdırım. Onun yaxın dostu ilə birgə oxumuşuq. Tale elə gətirdi ki, yollarımız kəsişdi və biz ailə qurduq. Bu haqda daha ətraflı “Instagram” hesabımda danışıram.

– Yoldaşınızla qoğal bişirərkən paylaşdığınız video gündəm yaratdı. O, qoğal bişirməyi necə öyrənib?

– Bernd yemək bişirməyi və şirniyyat hazırlamağı çox sevir. Onun mətbəxə bu qədər maraq göstərməsi məni çox sevindirir. Azərbaycan mətbəxi ilk gündən onun qəlbini fəth etdi. Bir dəfə mənə paxlava hazırlamağa kömək etməyi təklif etdi, amma növbəti il artıq onu təkbaşına bişirdi. Əgər onun əllərində paxlava gözəl və ləzzətli alınırsa, deməli, nə şah plov, nə də qoğal onu qorxuda bilməz.

– Qoğalın hazırlanmasında xüsusi dəyişikliklər edirsiniz yoxsa ənənəvi Azərbaycan resepti ilə hazırlanır?

– Biz reseptlərə tam əməl etməyə çalışırıq, yeməklərimizin orijinal dadını qoruyuruq. Düzdür, bəzən Bernd yağı və şəkəri bir qədər azaltmağı təklif edir, xüsusilə də paxlavada – onun fikrincə, daha az kalorili olsa, yaxşıdır. Amma mən hər zaman Azərbaycan mətbəxinin orijinallığını qorumağın tərəfdarıyam!

– Həyat yoldaşınız bundan sonra Azərbaycan mətbəxində hansı yeməkləri öyrənmək istəyir?

– Berndin bir gün xəngəl bişirməsini çox istərdim. Amma o, artıq bir çox Azərbaycan yeməklərini hazırlamağı öyrənib: qutab, badımcan dolması və digərləri. O, həvəslə öyrənir və bu, məni çox sevindirir.

– Ətrafınızdakı xarici insanların qoğala olan marağı necədir? Dadını sevirlərmi?

– Azərbaycan mətbəxi bizim ətrafımızda olan hər kəsin xoşuna gəlir, xüsusən də Berndin ailəsinin. Məsələn, şor qoğal çox qeyri-adi bir dada malikdir, heç nəyə bənzəmir. Amma məhz bu xüsusiyyəti onu daha da cəlbedici edir – hər dişlək insana həqiqi bir zövq bəxş edir.

– Ümumiyyətlə, Novruz bayramını orda necə keçirirsiniz?

– Novruzu biz hər zaman xüsusi bir ab-havada qeyd edirik, baxmayaraq ki, Avstriyada bu, adi bir iş günüdür. Amma bayrama hazırlıq bir ay öncədən başlayır: çərşənbə axşamları ailəliklə və bəzən dostlarla bir yerə toplaşır, şam işığında şam yeməyi yeyir, armudu stəkanda çay içir və şirniyyatlarımızla qonaqlıq edirik.

Martın 20-si isə bizim üçün ən vacib gündür. Mən gözəl süfrə açır, yalnız Azərbaycan yeməkləri hazırlayıram və biz bayramı ailə daxilində qeyd edirik. Berndin ailəsi artıq bu tarixi bilir və öncədən planlarını elə qurur ki, həmin axşam bizimlə birlikdə olsunlar. Əgər Novruz həftəsonuna təsadüf edirsə, mən xüsusilə sevinirəm! Bayramın sonunda isə bağımızda kiçik bir tonqal qalayırıq, çünki od saflığı və yenilənməni simvolizə edir.

Mənim üçün çox vacibdir ki, övladlarım Azərbaycan adət-ənənələrini unutmasınlar, bu mətbəxin dadlarını bilsinlər və bayramın əsl ruhunu hiss etsinlər. Çünki mədəniyyət təkcə tarix kitablarında deyil, hər bir ailənin ürəyində yaşayır.

Fidan İlqar

Son xəbərlər

Bütün Xəbərlər
Dünən, 15:56

AZAL və "Air Serbia" yeni kod-şerinq tərəfdaşlığına başlayıb

Bütün Xəbərlər
Dünən, 14:11

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə geniş tərkibdə görüşü olub

Bütün Xəbərlər
Dünən, 13:41

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü olub

Bütün Xəbərlər
Dünən, 12:49

Prezident İlham Əliyevin Gürcüstanın Prezidenti ilə təkbətək görüşü olub

Bütün Xəbərlər
Dünən, 10:08

İlham Əliyev Gürcüstanda dövlət səfərindədir

Hərbi
Dünən, 09:34

Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Cəmiyyət
04 aprel 2026, 05:53

Əli Əsədov leysan yağışların vurduğu zərərlə bağlı tapşırıqlar verib

Siyasət
04 aprel 2026, 01:19

İlham Əliyev Seneqal Prezidentini təbrik edib

Cəmiyyət
03 aprel 2026, 22:57

Yol polisi mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Cəmiyyət
03 aprel 2026, 22:47

FHN gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Siyasət
03 aprel 2026, 22:44

Prezident İlham Əliyev: "Həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik"

Siyasət
03 aprel 2026, 22:42

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır

Cəmiyyət
03 aprel 2026, 07:09

Həlak olan iki minatəmizləyənin ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib

Siyasət
03 aprel 2026, 06:00

Azərbaycanın səfirlik, nümayəndəlik, konsulluq və fəxri konsulluqları haqqında əsasnamələr təsdiqlənib

Cəmiyyət
03 aprel 2026, 05:25

Prezident minatəmizləmədə fərqlənən bir qrup şəxsi medalla təltif edib

Cəmiyyət
03 aprel 2026, 04:45

Bakı metrosunda qatarlar arasında interval növbəti dəfə azaldılıb

Cəmiyyət
03 aprel 2026, 04:28

"e-Sosial" mobil tətbiqi fəaliyyətini dayandırır

Nəqliyyat
03 aprel 2026, 00:45

Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsi ödənişli olacaq

Cəmiyyət
02 aprel 2026, 23:25

Mart ayında 91 nəfər zəhərlənib

İdman
02 aprel 2026, 06:41

“Azərbaycanda oynasam, babam sevincindən uçar” - Roman Kərimovun MÜSAHİBƏSİ - FOTO

Cəmiyyət
02 aprel 2026, 04:10

MİDA-da rəhbər vəzifəyə təyinat olub

Hava
02 aprel 2026, 01:46

Sabahın hava proqnozu açıqlanıb

Kriminal
02 aprel 2026, 01:40

Bakıda doğum günündə ərini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Siyasət
02 aprel 2026, 01:17

Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Oxşar xəbərlər