top
“Ən xoşbəxt danimarkalıların yaşadığı kənd - BƏLƏDÇİ
19 iyul 2025, 03:49
- +

“Ən xoşbəxt danimarkalılar"ın yaşadığı kənd - BƏLƏDÇİ

Draqor 12-ci əsrdə qurulub və sürətlə balıqçılıq limanına çevrilib. Burada çox yaxşı qorunan tarixi binalar var. Bu gün dəniz turizmi, istirahət məqsədli balıqçılıq və yaxtaçılıq mərkəzidir.

Draqor zəngin tarixə malik kiçik, mənzərəli əyalətdir. Tez-tez “balıqçılıq kəndi” adlandırılır. Kəndin adı “qayıqları sahilə çəkmək” anlamı verir. Kopenhagen yaxınlığında “gizlənmiş yer”də deyirlər bu kəndə. Kopenhagen hava limanından cəmi 12 km-lik məsafədə yerləşir. Kəndi paytaxtla dəmiryolu da birləşdirir. Turizm agentlikləri kəndə günlük 200 avroya (adambaşı 25 avro) qrup turları təşkil edirlər.

 


 

12-ci əsrdə əsası qoyulan balıqçı kəndi

Draqor 12-ci əsrdə qurulub və sürətlə balıqçılıq limanına çevrilib. Kənd zamanla ölkənin ən böyük balıqçılıq donanmalarından birinə, həmçinin balıqların duzlanması və emalı üçün bazaya sahib olub. Vikinqlər bu əyalətdə balıqçılıqla məşğul olublar.

 


 

İkinci Dünya müharibəsi zamanı Draqor Danimarka yəhudilərinin Oresund boğazından İsveçə daşınaraq xilas edilməsində mühüm rol oynayıb. Yerli əhali sakitcə, qayıqla onların bir çoxunu İsveçə daşımağı bacarıb. Kənddə İkinci Dünya müharibəsi illərində yəhudilərin xilasına həsr olunmuş abidə yer alıb.

Draqorun füsunkar limanı bu gün də balıqçı gəmilərinin və qayıqlarının lövbər yeridir. Hətta Parisin Luvr Muzeyində Draqor Limanına aid rəsm nümayiş olunur.

 


 

Bu gün Draqor “ən xoşbəxt danimarkalılar”ın yaşadığı yer kimi tanınır. Burada çox yaxşı qorunan tarixi binalar var. Kəndin köhnə hissəsi ənənəvi Danimarka üslubunda tikilmiş sarı boyalı evləri, qırmızı kirəmit və samanlı damları, daş döşənmiş küçələri olan xiyabanların yığcam, mənzərəli labirintidir. Bu tikililərin çoxunun yüz illərlə yaşı var. Evlərin demək olar ki, hamısı köhnədir - 1700-1800-cü illərdən qalıb və onlardan 100-dən çoxu dövlət mühafizəsindədir. Kirəmitli və ya samanlı dam evləri, mənzərəli daş küçələri, ətrafdakı yaşıl tarlaları, çəmənlikləri və meşələri ilə bütün kənd mühiti valehedicidir. Eyni zamanda, limanı, iş həyatı və əyləncə məkanları ilə müasir bir mərkəzdir. Evlərin qarşısında, balaca həyətlərdə, pəncərələrdə qoyulan balıq, su pərisi, qaz-ördək, yelkənli qayıq və s. fiqurlar Draqorun balıqçı kəndi olduğunu xatırladır.

 


 

Dar, labirint küçələrdə dolaşdıqca yerli sakinlərin həyatına daha yaxından tamaşa etmək olur. Bəzi evlərin qarşısındakı skamyalarda insanlar geyinmədikləri ayaqqabı, paltar və s. əşyaları qoyublar ki, ehtiyacı olanlar götürsün. Draqorun digər hissələrində kiçik yerli mağazaları ziyarət etmək maraqlıdır. Balaca dükanlarda kəndin yerli məhsulları və sənətkarların əl işləri satılır. Qiymətlər bütün Danimarkadakı kimi bahadır.

Öz ənənələri olan kənd

Draqorun əhalisi orta əsrlərin sonlarından bəri durmadan artıb. 16-cı əsrdə əyalətə dəvət olunan holland fermerlərin təcrübəsi çox faydalı olub, onların nəsilləri hələ də orada yaşayırlar.

 


 

Yeni yarananda qəsəbədə yalnız 24 ailə yaşayıb. Onlar kral ailəsini məhsulla təmin etmək üçün dəvət olunublar. Beləcə qəsəbədə təsərrüfatçılığın da əsası qoyulub. Bu gün də Draqor Niderland kəndlərini xatırladan memarlığına görə tez-tez “Danimarkada Niderlandın bir parçası” adlanır. Zamanla daxili bölgələrdəki holland fermerləri ilə sahildəki danimarkalı balıqçılar və dənizçilər arasında gərginlik yaranıb.

 


 

Hazırkı əhalinin 20%-i yaxınlıqdakı Kopenhagen Kastrup Hava Limanında işləyir. Bu gün dəniz turizmi, istirahət məqsədli balıqçılıq və yaxtaçılıq mərkəzidir.

 


 

Yerli kilsə 1885-ci ildə, o dövrə xas olan neo-qotik üslubda tikilib. Draqor muzeyində əyalətin yarandığı gündən bəri tarixini əks etdirən eksponatlar nümayiş olunur.

 


 

Dincliyin, sakitliyin və hüzurun mərkəzi

Yavaş-yavaş sahil boyu irəliləyirəm. Dənizin və yaşıllığın qoxusunu hiss edə-edə balıqçıların torlarını yığmalarına tamaşa edirəm. Sahil boyu qaçan və itləri ilə gəzən insanlara rast gəlirəm. Gülümsəyib məni Danimarka dilində salamlayırlar.
“Draqor öz ənənələri olan yerdir. Bu qəsəbədə insanların çoxu bir-birini tanıyır. Yerlilər Draqora çox əhəmiyyət verir. Bir çox ailələr burada bir neçə nəsildir yaşayır, o cümlədən mənim ailəm”, - deyə kofe içdiyim kafenin yaşlı sahibəsi danışır: “Bura fərqli bir yerdir. İnsanları balıqçılıq və təsərrüfatla məşğuldurlar.

 


 

Bizim illik karusel bazarı, limanda illik şənlik, həmçinin qəsəbə meydanında Milad ağacının işıqlandırılması kimi gözəl ənənələrimiz var. İstirahət vaxtlarında insanlar taxta çəlləyin ətrafında içib sərxoş olur və mahnı oxuyurlar. Burada insanları siyasət maraqlandırmır. Kəndin ictimai həyatı xüsusidir. Mən sizə Draqora gəlməyinizi və ömrünüzün qalan hissəsini burada keçirməyinizi tövsiyə edirəm, peşman olmayacaqsınız...”

 


Maraqlıdır ki, bu balaca qəsəbənin A2 formatında “Dragor Nyt” adlı 16 səhifəlik rəngli qəzeti də nəşr olunur. Kafelərdə oturanların əlində, dükanların qarşısında, evlərin poçt qutusunda qəzeti görmək olur.

 

 


 

Hazırda Danimarkada ən bahalı evlər Draqordadır. Bu qəsəbə dincliyin, sakitliyin və hüzurun mərkəzi kimi xüsusən imkanlı insanları cəlb edir.

 


 

Orta əsr mirvarisi

Axşamüstü Draqordan ayrılıram. Amma ürəyimdə yaşlı kafe sahibəsinin dediyi kimi həqiqətən bu yerdə qalmaq, bir müddət bu balaca evlərdən birində yaşamaq, səhər bir fincan qəhvə ilə güllü, dekorlu balkona çıxmaq, sahil boyu yerimək, balaca qayıqlara, dənizə tələsən balıqçılara baxmaq, yerli sakinlərin həyatına tamaşa etmək istəyi qalır. Draqor yaddaşımda Kopenhagenin yanında kiçik, bir orta əsr mirvarisi kimi qalır.

Son xəbərlər

Bütün Xəbərlər
Dünən, 15:56

AZAL və "Air Serbia" yeni kod-şerinq tərəfdaşlığına başlayıb

Bütün Xəbərlər
Dünən, 14:11

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə geniş tərkibdə görüşü olub

Bütün Xəbərlər
Dünən, 13:41

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü olub

Bütün Xəbərlər
Dünən, 12:49

Prezident İlham Əliyevin Gürcüstanın Prezidenti ilə təkbətək görüşü olub

Bütün Xəbərlər
Dünən, 10:08

İlham Əliyev Gürcüstanda dövlət səfərindədir

Hərbi
Dünən, 09:34

Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Cəmiyyət
04 aprel 2026, 05:53

Əli Əsədov leysan yağışların vurduğu zərərlə bağlı tapşırıqlar verib

Siyasət
04 aprel 2026, 01:19

İlham Əliyev Seneqal Prezidentini təbrik edib

Cəmiyyət
03 aprel 2026, 22:57

Yol polisi mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Cəmiyyət
03 aprel 2026, 22:47

FHN gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Siyasət
03 aprel 2026, 22:44

Prezident İlham Əliyev: "Həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik"

Siyasət
03 aprel 2026, 22:42

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır

Cəmiyyət
03 aprel 2026, 07:09

Həlak olan iki minatəmizləyənin ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib

Siyasət
03 aprel 2026, 06:00

Azərbaycanın səfirlik, nümayəndəlik, konsulluq və fəxri konsulluqları haqqında əsasnamələr təsdiqlənib

Cəmiyyət
03 aprel 2026, 05:25

Prezident minatəmizləmədə fərqlənən bir qrup şəxsi medalla təltif edib

Cəmiyyət
03 aprel 2026, 04:45

Bakı metrosunda qatarlar arasında interval növbəti dəfə azaldılıb

Cəmiyyət
03 aprel 2026, 04:28

"e-Sosial" mobil tətbiqi fəaliyyətini dayandırır

Nəqliyyat
03 aprel 2026, 00:45

Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsi ödənişli olacaq

Cəmiyyət
02 aprel 2026, 23:25

Mart ayında 91 nəfər zəhərlənib

İdman
02 aprel 2026, 06:41

“Azərbaycanda oynasam, babam sevincindən uçar” - Roman Kərimovun MÜSAHİBƏSİ - FOTO

Cəmiyyət
02 aprel 2026, 04:10

MİDA-da rəhbər vəzifəyə təyinat olub

Hava
02 aprel 2026, 01:46

Sabahın hava proqnozu açıqlanıb

Kriminal
02 aprel 2026, 01:40

Bakıda doğum günündə ərini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Siyasət
02 aprel 2026, 01:17

Prezident İlham Əliyev Türkiyənin Vitse-prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Oxşar xəbərlər