Qubalı gənc rejissor Müşfiq Mirzə yeni kino üzərində çalışacaq.
Shimal.News məlumat verir ki, dünyaca məşhur Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayevin “Şübhəsiz metamorfoz” əsərinin əsasında serial çəkiləcək.
“Bu gün yaradıcı heyətlə görüşüm oldu. Mənim hekayəm əsasında film çəkiləcək. Bu, kitablarım əsasında ekranlaşdırılan on birinci film olacaq. Bundan əvvəl artıq iki serial və səkkiz film çəkilib. Uğurlar!”, – deyə Ç.Abdullayev bildirib.
Məlumat üçün bildirək ki, Qubadan olan aktyor, teleaparıcı Faiq Mirzə baş rolda çəkiləcək.
[gallery link="file" columns="2" size="full" ids="214460,214461"]