Amerikalı aktyor və xoreoqraf Robert Hoffman 2020-ci ildə Mumbayda musiqi klipi çəkilişi zamanı təsadüfən 12 yaşlı Malişa Kxarva ilə tanış olub.
İnsanoid.com xəbər verir ki, Hoffman, "Step Up 2: The Streets" filmindəki rolu ilə tanınır. O, Mumbayda musiqi videosu çəkilişi üçün səfərdə olarkən, dostunun məsləhəti ilə Malişa ilə qarşılaşıb. Bu görüşdən sonra Hoffman Malişanın model olmaq arzusunu dəstəkləyib və onun üçün sosial media hesabları yaradıb.
Nəticədə, Malişa "Forest Essentials" kimi lüks kosmetik brendlərin siması seçilib və "Cosmopolitan India" jurnalının üz qabığında yer alıb. Hazırda o, təhsilini davam etdirir və gələcəkdə peşəkar model kimi fəaliyyət göstərməyi planlaşdırır.