top
 “Qarabağ”ın Maradonası”: “Erməniləri qızışdırırdı ki, bir türklə bacara bilmirsiniz” - MÜSAHİBƏ
26 fevral 2025, 02:19
- +

 “Qarabağ”ın Maradonası”: “Erməniləri qızışdırırdı ki, bir türklə bacara bilmirsiniz” - MÜSAHİBƏ

Xankəndi “Qarabağ”ının sabiq futbolçusu Qaraxan Əliyevin İdman.biz-ə müsahibəsi:

- Qaraxan bəy, bir müddət Xankəndinin “Qarabağ” futbol klubunda çıxış etmisiniz. 40 il öncənin futbol mühitini necə xatırlayırsınız?

- Bəli, üç ilə yaxın “Qarabağ”da oynamışam. O vaxt həmin komanda 9-cu zonaya aid idi, I liqada çıxış edirdik. Özüm isə futbola 16 yaşımda başlamışam. 4 il Xankəndidə futbol məktəbinə getmişəm. Daha sonra bu şəhərin “Qarabağ” klubunda oynamağa başladım. Təxminən, üç ilə yaxın orada çıxış etdikdən sonra ayrılmalı oldum.

- Niyə?

- Komandada cəmi iki azərbaycanlı var idi – mən və İlqar adlı bir oğlan. Çoxu ermənilər idi. Hələ o vaxt ermənilər tərəfindən təzyiqlərə məruz qalırdım, mənə deyirdilər ki, get, azərbaycanlılarla oyna.

- Təzyiq deyəndə nəyi nəzərdə tutursunuz?

- Oynamağa imkan vermirdilər. Bir-birlərinə pas ötürürdülər, mən qalırdım ortalıqda. Yadımdadır, üç nəfər İrəvan ermənisi vardı, ikisi əkiz qardaş idi. Mən həmişə ikitərəfli oyunda onlara imkan vermirdim. Məşqçi də həmin erməniləri qızışdırırdı ki, bir türklə bacara bilmirsiniz. Onlar da başlarına beş-on adam yığıb üstümə gəlirdilər. Dəfələrlə mübahisəmiz düşüb, məni döyüblər. Onlar çox, mən tək. Neyləyə bilərdim ki? İmkan vermədilər oynayım. Mən də klubu tərk edib Mingəçevir komandasına getdim. Bir müddət orada oynayandan sonra Rusiyaya yollandım. Ulyanovsk şəhərində fəaliyyət göstərən “Start” komandasının tərkibində qısa müddət  çıxış etdim.


- Niyə qısa müddət?

- Onlarla mənimki tutmadı. Çünki həmin komanda yayda futbol oynayırdı, qışda topla hokkey. Məndə də hokkey alınmadı.

- Bəs niyə təkrar Azərbaycana qayıtmadınız?

- Əslində, Rusiyada olanda buradan mənə dəfələrlə teleqram göndərib, geri çağırırdılar. Xüsusilə də məşqçimiz Rasim müəllim qayıtmağım üçün çox israr etdi. Ancaq artıq hiss edirdim ki, əvvəlki formamı itirmişəm. Sonra isə iş elə gətirdi ki, futboldan birdəfəlik uzaqlaşdım.

- Özünüzü Azərbaycanda yüksək liqa klublarından birində sınamaq istəməməsiniz?

- Bilirsiniz, Sovet dövründə oralara düşmək çox çətin idi. Ancaq bacardığım qədər oynamağa çalışmışam. Mənə “Qarabağ”ın Maradonası” deyirdilər.

- Hansı futbol klubuna azarkeşlik edirsiniz?

- Əlbəttə ki, “Qarabağ”.

- O vaxtki “Qarabağ”ın formasında şəkliniz varmı?

- Təəssüf ki, Xocalıdan çıxanda o şəkilləri götürə bilmədim.


- Siz həm də Xocalı faciəsinin şahidisiniz.

- Bəli, o faciənin canlı şahidiyəm. Həmin dövrdə ermənilər əvvəlcə səngərləri vurdular. Bizim də onlara qarşı vuruşmaq üçün elə bir silahımız yox idi. Şəhəri tərk etməyə məcbur olduq. İmkanımız kimə çatdısa, qocalara, uşaqlara kömək edib çıxardıq. Oradan Ağdama gəldik, daha sonra Naftalanda məskunlaşdıq. Mənim həmin gecə hər iki valideynim şəhid oldu. Neçə yaxınımı həmin faciədə itirdim. Xocalı ilə bağlı kadrlarda başı ağ yaylıqla bağlanan uşaq var, o, mənim əmim nəvəsidir – Mehdi. Oradakı ağsaqqal kişi isə əmimdir. Həmin uşağın atasının, anasının və iki qardaşının meyitini də tapmadıq. Mehdi indi böyük oğlandır, özünün ailəsi, uşağı var. Ancaq neçə il keçsə də, Xocalı qəlbimizdən heç vaxt silinməyəcək bir yaradır. Nə qədər ki, yaşayırıq, o faciənin ağrısı da bizimlədir.
Torpaqlar işğaldan azad olunandan sonra demək olar ki, ayda iki-üç dəfə Xocalıya gedirəm. Hələ ki, oradakı evim hazır deyil. Hazır olan kimi inşallah birdəfəlik köçəcəm. İndi ev dövlət tərəfindən təmir olunur. Təsəvvür edin, təzə ev tikdim, içində bir gün yaşamaq qismət olmadı. Təmir edib, qapısını bağlayıb çıxdıq. Mənim evimdə illərlə erməni yaşayıb. Allah ordumuzu qorusun, şəhidlərimizə rəhmət etsin. Onların sayəsində yenidən Xocalını gördük. Xocalı ermənilərin əhatəsində olduğu üçün qayıdacağına ümidim yox idi, qorxurdum ki, bir də oranı görə bilməyim.

- O vaxt “Qarabağ”dan ayrılmaq məcburiyyətində qalmasaydınız, futbolu davam etdirərdinizmi?

- Əlbəttə. Futbol mənim ürəyimdə bir nisgil kimi qalıb. İndi nəvələrimi futbola qoymuşam. Biz həyat görməmişik ki... Gözümüzü açıb yumduq ki, qoca kişiyik. Gəncliyimiz gedib. Bu gün 65 yaşım var, ancaq hələ də həyətdə uşaqların futbol oynadığını görəndə ürəyim atlanır ki, kaş mən də oynaya biləydim.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 09:12

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə iki oyunla start veriləcək

Bütün Xəbərlər
Dünən, 15:56

AZAL və "Air Serbia" yeni kod-şerinq tərəfdaşlığına başlayıb

Bütün Xəbərlər
Dünən, 14:11

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə geniş tərkibdə görüşü olub

Bütün Xəbərlər
Dünən, 13:41

Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü olub

Bütün Xəbərlər
Dünən, 12:49

Prezident İlham Əliyevin Gürcüstanın Prezidenti ilə təkbətək görüşü olub

Bütün Xəbərlər
Dünən, 10:08

İlham Əliyev Gürcüstanda dövlət səfərindədir

Hərbi
Dünən, 09:34

Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək

Cəmiyyət
04 aprel 2026, 05:53

Əli Əsədov leysan yağışların vurduğu zərərlə bağlı tapşırıqlar verib

Siyasət
04 aprel 2026, 01:19

İlham Əliyev Seneqal Prezidentini təbrik edib

Cəmiyyət
03 aprel 2026, 22:57

Yol polisi mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Cəmiyyət
03 aprel 2026, 22:47

FHN gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Siyasət
03 aprel 2026, 22:44

Prezident İlham Əliyev: "Həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik"

Siyasət
03 aprel 2026, 22:42

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır

Cəmiyyət
03 aprel 2026, 07:09

Həlak olan iki minatəmizləyənin ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib

Siyasət
03 aprel 2026, 06:00

Azərbaycanın səfirlik, nümayəndəlik, konsulluq və fəxri konsulluqları haqqında əsasnamələr təsdiqlənib

Cəmiyyət
03 aprel 2026, 05:25

Prezident minatəmizləmədə fərqlənən bir qrup şəxsi medalla təltif edib

Cəmiyyət
03 aprel 2026, 04:45

Bakı metrosunda qatarlar arasında interval növbəti dəfə azaldılıb

Cəmiyyət
03 aprel 2026, 04:28

"e-Sosial" mobil tətbiqi fəaliyyətini dayandırır

Nəqliyyat
03 aprel 2026, 00:45

Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsi ödənişli olacaq

Cəmiyyət
02 aprel 2026, 23:25

Mart ayında 91 nəfər zəhərlənib

İdman
02 aprel 2026, 06:41

“Azərbaycanda oynasam, babam sevincindən uçar” - Roman Kərimovun MÜSAHİBƏSİ - FOTO

Cəmiyyət
02 aprel 2026, 04:10

MİDA-da rəhbər vəzifəyə təyinat olub

Hava
02 aprel 2026, 01:46

Sabahın hava proqnozu açıqlanıb

Kriminal
02 aprel 2026, 01:40

Bakıda doğum günündə ərini öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Oxşar xəbərlər