Amerikalı milyarder Bill Qeytsin qızı Fibi atasının autizm spektri pozuntularından biri olan Asperger sindromundan əziyyət çəkdiyini iddia edib.
Bu barədə məlumatı “New York Post” yayıb.
“Əvvəl də özünün dediyi kimi, atamda Asperger sindromu qeydə alınıb”, - deyə 22 yaşlı Fibi Qeyts qeyd edib.
Lakin bildirilir ki, 69 yaşlı milyarder bundan əvvəl heç vaxt ictimaiyyət qarşısında bu barədə danışmayıb. Bununla belə, o, öz memuarlarında uşaq vaxtı ona autizm spektri pozuntusu diaqnozu qoyulduğunu ehtimal etdiyini yazıb.
Qeyd edək ki, Asperger sindromunun simptomlarından biri ünsiyyət zamanı çətinlikdir. Bu sindromdan əziyyət çəkən şəxslər digərlərinin emosiyalarını, üz ifadələrini, intonsiya və jestləri tanımaqda çətinlik yaşayırlar və onların davranışı kobud görünə bilər. Asperger sindromu olan şəxslər spesifik maraqlara sahib olurlar.