Məlum olduğu kimi, Roma Papası Fransisk bu gün səhər saatlarında iqamətgahında vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, 88 yaşlı pontifikin ölümündən sonra dünyanı hazırda növbəti Papanın kim olacağı və yeni namizədin necə seçildiyi maraqlandırır.
Bəs Roma Papası vəfat etdikdən sonra Vatikanda hansı proseslər baş verir?
Papanın ölümündən sonra “Novendiale” kimi tanınan xüsusi matəm dövrü başlayır və doqquz gün davam edir.
Daha sonra Katolik kilsəsində “sede vacante” – boş taxt dövrünə start verilir. Bu dövr ərzində isə Kardinallar Kollegiyası Vatikanda işlərin idarəsini öz üzərinə götürür və yeni pontifikin seçildiyi xüsusi toplantı – konklav çağırır. Konklav isə adətən Papanın dəfnindən 2-3 həftə sonra təşkil edilir.
Onu da qeyd edək ki, kardinallar Papanın ən yaxın məsləhətçiləri olan Roma yepiskoplarıdırlar və Katolik Kilsəsinin ən yüksək icra orqanı olan Roma Kuriyasında əsas vəzifələrə sahibdirlər. Onlar həmçinin Kardinallar Kollegiyasını formalaşdırır ki, bu orqan da keçid dövründə kilsəyə rəhbərlik edir və yeni Papanın seçilməsində birbaşa iştirak edir.
Hazırda dünyada 253 romalı yepiskop kardinal var. Lakin onlardan yalnız 138-i konklavda səsvermə hüququna malikdir. Buna səbəb isə təyin edilən 80 yaş məhdudiyyətidir. Bununla da, 138 kardinal hazırda səs vermək imkanından yararlana bilər. Qalib isə səslərin azı üçdə ikisini toplamalıdır.
Yeni Papanın kim ola biləcəyinə gəldikdə isə, hazırda potensial namizəd olaraq onların adı çəkilir:
Kardinal Pyetro Parolin (İtaliya, 70 yaş): Parolin 2013-cü ildən Vatikanın dövlət katibidir və öz diplomatik fəaliyyəti, xüsusən də Çinlə danışıqlarda iştirakı ilə tanınır. O, 2024-cü ildə Ukraynaya səfər edib və ölkə prezidenti Volodimir Zelenski ilə hərbi əsirlərin mübadilə edilməsi, həlak olan ukraynalı hərbçilərin qaytarılması məsələsini müzakirə edib.
[gallery link="file" columns="1" size="full" ids="221997"]
Kardinal Luis Antonio Taqle (Filippin, 67 yaş): Taqle əsas olaraq da LGBT icmasına və boşanmış katoliklərə münasibətdə inklüzivliyə verdiyi dəstəyi ilə məşhurdur. O, seçilərsə, Asiyadan bu posta təyin edilən ilk Papa ola bilər.
[gallery link="file" columns="1" size="full" ids="221996"]
Kardinal Vim Eyk (Niderland, 71 yaş): Eyk kardinal titulunu 2012-ci ildə Papa XVI Benediktdən alıb. O, Papa Fransiskin qərarlarına qarşı tənqidi fikirləri ilə tanınır. Kardinal ənənəvi dəyərləri dəstəkləyir və eynicinsli cütlüklərə xeyir-dua verilməsinə qarşı çıxış edir.
[gallery link="file" columns="1" size="full" ids="221995"]
Kardinal Matteo Dzuppi (İtaliya, 69 yaş): Dzuppi, xüsusən Ukraynada olmaqla, öz sülhməramlı səyləri ilə tanınır və Papa Fransisklə yaxın münasibətlərə sahib idi.
[gallery link="file" columns="1" size="full" ids="221994"]
Kardinal Fridolin Ambonqo Besunqu (Konqo Demokratik Respublikası, 65 yaş): Besunqu sosial ədalət və insan haqları məsələsində fəal mövqeyi ilə məşhurdur. Onun seçilməsi Afrikanın Katolik kilsəsində artan rolunu xüsusi qeyd edə bilər.
[gallery link="file" columns="1" size="full" ids="221993"]
Kardinal Peter Erde (Macarıstan, 72 yaş): Mühafizəkar namizəd olan Erde kilsə təlimi və immiqrasiya siyasəti ilə bağlı ənənəvi mövqeyi ilə tanınır.
[gallery link="file" columns="1" size="full" ids="221992"]
Kardinal Reymond Berk (ABŞ, 76 yaş): O, kilsədə aparıcı mühafizəkar və Papa Fransiskin liberal səylərinin ictimai tənqidçisi kimi tanınır.
[gallery link="file" columns="1" size="full" ids="221991"]
Kardinal Mario Qrex (Malta, 67 yaş): 2020-ci ildən kardinal olan Qrex inklüzivliyin və cinsi mənsubiyyəti və ya ailə vəziyyətinə görə kilsədən kənarlaşdırılanları dəstəkləməyin vacibliyinin tərəfdarı olaraq çıxış edir.
[gallery link="file" columns="1" size="full" ids="221990"]