Prezident İlham Əliyev "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğunun yaradılması haqqında Sərəncam imzalayıb.
İnsanoid.com President.az saytına istinadən xəbər verir ki, Sərəncamla Azıx və Tağlar mağara düşərgələrinin ərazisi "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğu elan edilib.
Nazirlər Kabineti üç ay müddətində Qoruğun əsasnaməsini təsdiq etməli, Qoruğun sərhədlərini və mühafizə zonasını müəyyən etməlidir.
Nazirlər Kabineti, həmçinin Qoruğun ərazisinin xüsusi rejimini müəyyən edib Azərbaycan Prezidentinə məlumat verəcək. Bundan başqa, Qoruğun maddi-texniki təminatı ilə bağlı zəruri tədbirlər görəcək.
YENİLƏNİR