Azərbaycan Prezidenti İlham Əliyev Misirin Şarm əl-Şeyx şəhərində keçirilən Yaxın Şərqdə Sülh Sammitinə qatılıb.
AZERTAC xəbər verir ki, tədbirə dövlət başçısı ABŞ və Misir prezidentlərinin dəvəti ilə yollanıb.
Sammitin məqsədi regionda davamlı sülhün bərqərar olunması, humanitar sabitliyin qorunması və tərəflər arasında dialoqun gücləndirilməsidir.