Prezident İlham Əliyevin Gürcüstana işgüzar səfəri başa çatıb. Bu haqda bu gün, 8 oktyabr tarixində İnsanoid məlumat verir.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycan Prezidentini yola saldı. Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında Azərbaycanın və Gürcüstanın Dövlət bayraqları dalğalandırılmış, İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.