İsrail hakimiyyəti hərbi qüvvələrinə Qəzza şəhərində əməliyyatları dayandırmağı və fəaliyyətini minimuma endirməyi tapşırıb.
“Qaley Tzahal” radiosunun məlumatına görə, vəziyyətin bir gecədə dəyərləndirilməsi və ABŞ nümayəndələri ilə aparılan müzakirələrdən sonra qərar qəbul olunub. Bundan sonra orduya yalnız müdafiə xarakterli əməliyyatlar keçirmək göstərişi verilib.
Radiostansiya vurğulayıb ki, bu addım faktiki olaraq Qəzzanın ələ keçirilməsi əməliyyatının dayandırılması deməkdir.
Xatırladaq ki, bu qərar ABŞ prezidenti Donald Trampın sülh planına döyüşən tərəflərin razılıq verməsindən sonra elan edilib.