50-dən çox azərbaycanlı Parisdə Senatın binası qarşısında aksiya keçirib. Bu haqda İnsanoid AzFront-a istinadən bu gün, 13 noyabr tarixində xəbər verir.
Orada toplaşan həmyerlilərimiz əllərində dövlət bayraqları və plakatlarla öz etirazlarını bildirməyə çalışıblar. Plakatların üzərində “Fransaya öldürülən azərbaycanlı uşaqlar maraqlı deyil” kimi yazılar yazılıb.
Etirazçılar arasında əsasən qadınlar və uşaqlar olub. Onlar noyabrın 15-də Senatın anti-Azərbaycan qətnaməsi ilə bağlı səsverməyə öz etirazlarını bildiriblər.
Avtomatlarla silahlanmış polis və jandarm əməkdaşları aksiyada iştirak edən azərbaycanlı qadın və uşaqları oradan uzaqlaşdırıblar.