Abşeronda 26 yaşlı şəxs intihar edib. Bu barədə 12 noyabr tarixində Report məlumat verib.
Hadisə noyabrın 11-də rayonun Digah qəsəbəsində qeydə alınıb.
Belə ki, 1996-cı il təvəllüdlü İsmayıllı Əlizamin İlqar oğlu atasına məxsus fərdi yaşayış evində özünü asıb.
Faktla bağlı araşdırma aparılır.