Bu gün Qazaxıstanın paytaxtı Astanada Fransa səfirliyinin qarşısında keçirilən aksiyanın təşkil olunmasının təfərrüatları məlum olub. Bu barədə AZfront oktyabrın 26-da xəbər yayıb.
Azərbaycan diasporunun fəalları oktyabrın 19-da Moskvada baş tutan piketin təcrübəsini nəzərə alaraq, bu dəfə daha ehtiyatlı olublar.
Moskvada keçirilən aksiya zamanı polis tərəfindən saxlanılan dörd nəfərin məhkəməsi dünən baş tutub: qadınların universitetdən qovulacaqları, işdən çıxarılacaqları və hətta deportasiya ediləcəkləri ilə hədələnmələrinə baxmayaraq, onlar yalnız inzibati cərimə ödəməli olublar. Polis əməkdaşlarının müdaxiləsinin qarşısını almaq məqsədilə bugünkü aksiyada bunların hamısı nəzərə alınıb.
Artıq məlumdur ki, fransızlar üçün bu cür aksiyaların keçirilməsi gözlənilməz deyil. Bu səbəbdən bugünkü aksiya səfirlikdən daha uzaq məsafədə təşkil olunub (şəkildə əks olunan qəhvəyi bina).
Müxtəlif ölkələrdən olan həmfikirlər bir-biri ilə əlaqə yarada biliblər. Beləliklə, Qazaxıstandan olan fəallar Moskvada yaşayan diaspor nümayəndələrinin təcrübəsini nəzərə alıblar.
AZfront-dan verilən əlavə məlumata görə, oktyabrın sonuna kimi Azərbaycan diasporlarının nümayəndələri daha 2-3 ölkədəki Fransa səfirliklərinin önündə bu cür aksiyalar keçirməyi planlaşdırırlar.
Petisiyanın Azərbaycan dilində imzalanma qaydası
Petisiyanın rus dilində imzalanma qaydası
Petisiyanın türk dilində imzalanma qaydası
Bu postun linkini qohumlarınız, dostlarınız və tanışlarınız arasında yayın. Birlikdə biz – qüvvəyik!
Petisiyanın daha çox yayılması üçün bu heşteqlərdən istifadə edək:
#BizAzərbaycanıq #AzərbaycanıQoruyaq
View this post on Instagram