Naxçıvanda kadr dəyişiklikləri baş tutub.
İnsanoid.com President.az saytına istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı bir sıra sərəncamlar imzalayıb.
Anar Mehdi oğlu Babayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Rəcəb Zakir oğlu Rəhimli Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Prezidentin digər sərəncamı ilə Nurlan Rauf oğlu Hacıyev Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Bundan əlavə, Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikası Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qeyd edək ki, Cahidzadə Prezidentin digər sərəncamı ilə Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdi.