top
Prezident İlham Əliyev Şamaxıda Nəsimi Bağları kompleksi ilə tanış olub
Bu gün, 17:02
- +

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma kompleksdə yaradılmış şərait barədə məlumat verdi.

"Nəsimi Bağları" kompleksi Şamaxı rayonunda yeni istifadəyə verilən, sakinlərin və qonaqların asudə vaxtlarını səmərəli keçirilmələri üçün yaradılmış növbəti bir məkandır.

Kompleks Şamaxı rayonunda turizmin inkişafına töhfə vermək, bölgənin turizm potensialını artırmaq, ərazinin təbii xüsusiyyətlərini qorumaq, həmçinin ailəvi istirahətin və asudə vaxtın səmərəli təşkili üçün rahat mühit yaratmaq prinsipləri əsasında qurulub.

Çoxfunksiyalı turizm, mədəniyyət və rekreasiya layihəsi kimi fəaliyyət göstərən "Nəsimi Bağları" kompleksinin ərazisində müxtəlif istirahət obyektləri, ailəvi əyləncə infrastrukturu, fərqli mövzularda incəsənət nümunələri, iaşə obyektləri yerləşir.

Ərazidəki üçmərtəbəli əsas bina kompleksin informasiya və turizm mərkəzi funksiyasını yerinə yetirir. Burada ziyarətçilərə "Nəsimi Bağları"ndakı məkanlar, turist marşrutları və xidmətlər barədə məlumat verilir. Binanın daxilində ziyarətçilərin rahat və səmərəli vaxt keçirmələri üçün "Capybara Cafe" və suvenir mağazası var.

Dördmərtəbəli digər korpusda Şamaxının gədim və müasir tarixini, mədəni irsini əks etdirən zəngin ekspozisiyaya malik muzey yaradılıb. Bu binada, həmçinin əsas restoran zalı, tədbirlərin keçirilməsi üçün zal və geniş terras var.

Kompleks ərazisindəki "Magic Village" hobbit evləri üslubunda inşa edilən tematik evlər, əsasən uşaqların maraqla qarşılayacağı "Honey Nest" kafesi, geniş uşaq oyun meydançası və hündürlüyü 9 metr olan baxış qülləsindən ibarətdir. Buradakı evlər tam yaşayış şəraiti ilə təmin edilib və turistlərin ilboyu qalması üçün nəzərdə tutulub.

Qeyd edək ki, burada Azərbaycanda ilk və yeganə ixtisaslaşmış kapibara ferması -"Capybara Land" var. Fermada heyvanları yaxından görmək, toxunmaq və yemləmək mümkündür.

Kompleks ərazisində Azərbaycan, eləcə də xarici rəssam və heykəltaraşların yaratdığı 100-dən çox əsər və instalyasiya nümayiş etdirilir. Burada Azərbaycanın görkəmli şairi İmadəddin Nəsiminin müasir üslubda hazırlanmış abidəsi (instalyasiyası) də var. Hündürlüyü 21 metr olan abidə (instalyasiya) nəhəngliyi ilə diqqət çəkir və Şamaxının bir çox yerindən görünür.

"Nəsimi Bağları" kompleksində 20 kottec, qeydiyyat binası və çimərlik hovuzundan ibarət şəhərcik də salınıb.

Kompleksdə, eyni zamanda, məscid də fəaliyyət göstərir.

Ərazidə şam ağacları, üzüm bağları, müxtəlif dekorativ bitkilər, həmçinin dünyada ən sürətlə böyüyən ağac növlərindən hesab edilən pavlovniya da daxil olmaqla 150 mindən çox ağac və bitki əkilib.

 

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 17:06

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub

Bütün Xəbərlər
Bu gün, 17:04

Prezident İlham Əliyev Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - YENİLƏNİB

Bütün Xəbərlər
Bu gün, 16:25

Tərtər məktəbi ilə bağlı valideynlərin narazılığı araşdırılıb - RƏSMİ AÇIQLAMA

Bütün Xəbərlər
Bu gün, 16:20

Prezident İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

Bütün Xəbərlər
Bu gün, 15:53

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

Bütün Xəbərlər
Bu gün, 13:04

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər

Bütün Xəbərlər
Bu gün, 12:47

Sabahın hava proqnozu açıqlanıb

Bütün Xəbərlər
Bu gün, 12:06

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Bütün Xəbərlər
Bu gün, 12:03

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

Bütün Xəbərlər
Bu gün, 11:35

Naxçıvandan Monqolustana hava dəhlizi açılır — Saziş parlamentdə müzakirə olundu

Bütün Xəbərlər
Bu gün, 11:13

Azərbaycan lideri: Qarabağ Zəfəri regionda yeni geosiyasi reallığın əsasını qoydu

Bütün Xəbərlər
Bu gün, 10:49

Prezident İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Bütün Xəbərlər
Bu gün, 10:04

AZAL Bakıdan Aktöbəyə ilk reysini həyata keçirib

Bütün Xəbərlər
Bu gün, 09:35

UEFA Avropa Liqası: "Beşiktaş" bu gün "Marsel"i qəbul edəcək

Bütün Xəbərlər
Bu gün, 09:00

"Şərikli çörək"in ssenaristi dünyasını dəyişdi

Bütün Xəbərlər
Dünən, 17:49

Sentyabrın son 15 günü: Hansı bürcləri pul sürprizi gözləyir?

Bütün Xəbərlər
Dünən, 17:43

Təhlükəli arıqlama məhsulları aşkarlanıb

Bütün Xəbərlər
Dünən, 17:39

KİV-də Si Cinpinin xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumatlar yayılıb

Bütün Xəbərlər
Dünən, 16:10

Təhsil dövrü 5 il olan hərbçilər üçün "leytenant" rütbəsinin müddəti azaldılır

Bütün Xəbərlər
Dünən, 15:48

Həlak olan minatəmizləyənlərin ailə üzvlərinə Prezident təqaüdünün təyini üçün sənədlər müəyyənləşib

Bütün Xəbərlər
Dünən, 13:32

"Moon Kids" bağçasının direktoruna HÖKM OXUNDU

Bütün Xəbərlər
Dünən, 13:14

Cavid Qurbanovun əmisi oğluna HÖKM OXUNDU

Bütün Xəbərlər
Dünən, 12:41

Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq

Oxşar xəbərlər