top
AZAL Bakıdan Aktöbəyə ilk reysini həyata keçirib
Bu gün, 10:04
- +

AZAL Bakıdan Aktöbəyə ilk reysini həyata keçirib

"Azərbaycan Hava Yolları" (AZAL) QSC Qazaxıstanın Aktöbə şəhərini marşrut şəbəkəsinə əlavə edərək bu istiqamət üzrə ilk uçuşunu həyata keçirib.

Bu barədə İnsanoid.com-a səhmdar cəmiyyətindən bildirilib.

Məlumata əsasən, yeni marşrutun açılması ilə aviaşirkətin Qazaxıstanda uçuş həyata keçirdiyi şəhərlərin sayı 6-ya çatıb.

Bakı–Aktöbə–Bakı istiqamətində müntəzəm reyslər həftədə üç dəfə – bazar ertəsi, çərşənbə və cümə günləri yerinə yetirilir. Birbaşa uçuşlar iki ölkə arasında işgüzar əlaqələrin və turizm mübadiləsinin inkişafına, eləcə də qarşılıqlı səfərlərin daha rahat təşkilinə imkan yaradır.

Qazaxıstanın qərbində yerləşən Aktöbə ölkənin mühüm sənaye və iqtisadi mərkəzlərindən biridir. Zəngin tarixi-mədəni irsi ilə seçilən region, eyni zamanda özünəməxsus təbiət abidələri ilə də diqqət çəkir. Aktöbə vilayətində məşhur Aktolağay tabaşir dağları, Barxın qumları, Qarğalı su anbarı, eləcə də çoxsaylı tarixi və müqəddəs məkanlar yerləşir. Bu istiqamət həm işgüzar səfərlər edən, həm də Qazaxıstanın qərb bölgəsinin mədəniyyəti, tarixi və təbiəti ilə yaxından tanış olmaq istəyən sərnişinlər üçün əlverişli seçimdir.

Cari ildə Şımkent və Atıraunun ardınca Aktöbəyə uçuşların başlanması milli aviadaşıyıcının Mərkəzi Asiyada marşrut şəbəkəsinin genişləndirilməsi istiqamətində atılan növbəti addımdır. Yeni reyslər, həmçinin Qazaxıstandan səyahət edən sərnişinlərə Bakı üzərindən aviaşirkətin digər beynəlxalq istiqamətlərinə çıxış imkanı da təqdim edir.

Aviabiletləri Azərbaycan Hava Yollarının rəsmi internet səhifəsi və ya mobil tətbiqi, həmçinin aviaşirkətin satış ofisləri və akkreditə olunmuş agentlikləri vasitəsilə əldə etmək mümkündür.

Son xəbərlər

Bütün Xəbərlər
Bu gün, 11:13

Azərbaycan lideri: Qarabağ Zəfəri regionda yeni geosiyasi reallığın əsasını qoydu

Bütün Xəbərlər
Bu gün, 10:49

Prezident İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Bütün Xəbərlər
Bu gün, 09:35

UEFA Avropa Liqası: "Beşiktaş" bu gün "Marsel"i qəbul edəcək

Bütün Xəbərlər
Bu gün, 09:00

"Şərikli çörək"in ssenaristi dünyasını dəyişdi

Bütün Xəbərlər
Dünən, 17:49

Sentyabrın son 15 günü: Hansı bürcləri pul sürprizi gözləyir?

Bütün Xəbərlər
Dünən, 17:43

Təhlükəli arıqlama məhsulları aşkarlanıb

Bütün Xəbərlər
Dünən, 17:39

KİV-də Si Cinpinin xəstəxanaya yerləşdirilməsi ilə bağlı məlumatlar yayılıb

Bütün Xəbərlər
Dünən, 16:10

Təhsil dövrü 5 il olan hərbçilər üçün "leytenant" rütbəsinin müddəti azaldılır

Bütün Xəbərlər
Dünən, 15:48

Həlak olan minatəmizləyənlərin ailə üzvlərinə Prezident təqaüdünün təyini üçün sənədlər müəyyənləşib

Bütün Xəbərlər
Dünən, 13:32

"Moon Kids" bağçasının direktoruna HÖKM OXUNDU

Bütün Xəbərlər
Dünən, 13:14

Cavid Qurbanovun əmisi oğluna HÖKM OXUNDU

Bütün Xəbərlər
Dünən, 12:41

Bakıda 32, rayonlarda 35 dərəcə isti olacaq

Bütün Xəbərlər
Dünən, 12:24

Prezident İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib

Bütün Xəbərlər
Dünən, 11:37

Prezident İlham Əliyev Auditorlar Palatasının üzvlərini və əməkdaşlarını təltif edib

Bütün Xəbərlər
Dünən, 10:35

Azərbaycan XİN Meksika və Papua Yeni Qvineyanı milli günləri münasibətilə təbrik edib

Bütün Xəbərlər
Dünən, 09:42

UEFA Avropa Liqasında əsas mərhələ bu gün start götürür

Bütün Xəbərlər
Dünən, 09:15

Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak edib - FOTO

Bütün Xəbərlər
15 sentyabr 2026, 17:47

İlham Əliyev: Ermənistanla Azərbaycan arasında sülh prosesi əminəm ki, uzunmüddətli olacaq

Bütün Xəbərlər
15 sentyabr 2026, 16:11

Yardımlı rayonunun İcra başçısı vəzifəsindən azad edilib

Bütün Xəbərlər
15 sentyabr 2026, 15:45

Ərdoğan Bakının işğaldan azad edilməsinin ildönümü ilə əlaqədar Azərbaycanı təbrik edib

Bütün Xəbərlər
15 sentyabr 2026, 11:25

Türkiyə XİN Bakının azad olunmasının ildönümü ilə əlaqədar Azərbaycanı təbrik edib

Bütün Xəbərlər
15 sentyabr 2026, 11:23

Qarabağa həyatın qayıtması ilə yanaşı artıq birincilər də məktəbə gedir

Bütün Xəbərlər
15 sentyabr 2026, 09:00

Azərbaycanda Bilik Günüdür

Oxşar xəbərlər