Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını bu gün keçirəcəklər.
İnsanoid.com xəbər verir ki, kişilərdən ibarət komandamız III turda İsveçrə ilə üz-üzə gələcək,
Qadınlar isə İsveçdən olan rəqiblərinin gücünü sınayacaqlar.
Daha əvvəl kişilərdən ibarət komanda Mərakeş (4:0) və Filippini (3:1), qadınlar isə Qvatemala və Danimarkanı (hər ikisi 4:0) məğlub ediblər.
Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.