top
Bu gün Antiterror tədbirlərinin başlanmasından 3 il ötür
Bu gün, 00:01
- +

Bu gün Antiterror tədbirlərinin başlanmasından 3 il ötür

2023-cü ilin 19 sentyabr tarixində Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törədiblər. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldular və yaralandılar. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki şəxs həlak olub. Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edilib. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə start verilib.

Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur olublar. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciəti nəzərə alınaraq, tam atəşkəs haqqında razılaşma əldə olunub və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırılıb. Razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoymalı, döyüş mövqelərindən və hərbi postlardan çıxmalı və tam şəkildə tərk-silah olunmalı idilər.

Dəfələrlə Azərbaycan nümayəndələrilə görüşdən imtina edən Qarabağda yaşayan erməni icmasının nümayəndələri bir günlük antiterror tədbirlərindən sonra Yevlax şəhərində görüşməyə məcbur olublar. Görüşdə Separatçı rejimin ləğvi, Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiya məsələləri müzakirə olunub. Eyni zamanda, Qarabağın erməni əhalisinə Azərbaycanın təklif etdiyi reinteqrasiya şərtləri ilə tanış olmaq, regionda qalıb-qalmamaq barədə müstəqil qərar vermək imkanları yaradılıb.

Sentyabrın 28-də Qarabağın separatçı rejimin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzalayıb.

Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu təm şəkildə tərk-silah edilərək, ölkəni tərk edib. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edilib, separatçıların əsas rəhbərləri həbs edilib və Azərbaycan öz dövlət suverenliyini tam təmin edib.

Son xəbərlər

Bütün Xəbərlər
Dünən, 22:33

Azərbaycan BMT-də mina qurbanlarının hüquqları ilə bağlı müzakirə təşkil edib

Bütün Xəbərlər
Dünən, 20:20

AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar

Bütün Xəbərlər
Dünən, 19:37

Paşinyan Cənubi Qafqazda sülhə verdiyi töhfəyə görə İlham Əliyevə minnətdarlığını bildirib

Bütün Xəbərlər
Dünən, 19:20

Azərbaycan QHT-ləri diplomatik korpusun azad edilmiş ərazilərə səfəri ilə bağlı Ermənistanda başlanmış kampaniyanı pisləyib

Bütün Xəbərlər
Dünən, 19:03

Alban-Udi xristian dini icması diplomatik korpusun azad olunmuş ərazilərə səfərinə Ermənistanın revanşist münasibətini qınayıb

Bütün Xəbərlər
Dünən, 16:10

Sabah rayonlarda arabir yağış yağacaq

Bütün Xəbərlər
Dünən, 10:08

"Formula 1" ilə əlaqədar Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yollar - SİYAHI

Bütün Xəbərlər
Dünən, 09:34

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri İsveç və İsveçrəni sınağa çəkəcək

Bütün Xəbərlər
17 sentyabr 2026, 17:06

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub

Bütün Xəbərlər
17 sentyabr 2026, 17:04

Prezident İlham Əliyev Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - YENİLƏNİB

Bütün Xəbərlər
17 sentyabr 2026, 17:02

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub

Bütün Xəbərlər
17 sentyabr 2026, 16:25

Tərtər məktəbi ilə bağlı valideynlərin narazılığı araşdırılıb - RƏSMİ AÇIQLAMA

Bütün Xəbərlər
17 sentyabr 2026, 16:20

Prezident İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

Bütün Xəbərlər
17 sentyabr 2026, 15:53

Prezident İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

Bütün Xəbərlər
17 sentyabr 2026, 13:04

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər

Bütün Xəbərlər
17 sentyabr 2026, 12:47

Sabahın hava proqnozu açıqlanıb

Bütün Xəbərlər
17 sentyabr 2026, 12:06

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Bütün Xəbərlər
17 sentyabr 2026, 12:03

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

Bütün Xəbərlər
17 sentyabr 2026, 11:35

Naxçıvandan Monqolustana hava dəhlizi açılır — Saziş parlamentdə müzakirə olundu

Bütün Xəbərlər
17 sentyabr 2026, 11:13

Azərbaycan lideri: Qarabağ Zəfəri regionda yeni geosiyasi reallığın əsasını qoydu

Bütün Xəbərlər
17 sentyabr 2026, 10:49

Prezident İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

Bütün Xəbərlər
17 sentyabr 2026, 10:04

AZAL Bakıdan Aktöbəyə ilk reysini həyata keçirib

Bütün Xəbərlər
17 sentyabr 2026, 09:35

UEFA Avropa Liqası: "Beşiktaş" bu gün "Marsel"i qəbul edəcək

Oxşar xəbərlər