Bakının Nərimanov rayonunun Məsud Əlizadə küçəsinin təmiri başa çatdırılıb. Bu barədə 11 noyabr tarixində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat verib.
Təmir işləri çərçivəsində frezlənmə, piyada səkilərinin bərpası, səki daşlarının yenilənməsi işləri aparılıb, küçəyə yeni asfalt-beton örtüyü döşənib.
Qeyd olunub ki, cari ildə Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7,6 kilometr təşkil edir.