top
Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin 210 illiyidir
30 iyun 2022, 00:31
- ↺ +

Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin 210 illiyidir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Mirzə Fətəli Axundzadə 30 iyun 1812-ci ildə Şəkidə anadan olub. O, Azərbaycan dramaturgiyasının banisi hesab edilir.

O, 13 yaşınadək ailəsi ilə birlikdə İranın müxtəlif bölgələrində yaşayıb. 1825-ci ildə anası ilə yenidən Şəkiyə köçüb.

Fətəlinin anasının əmisi Axund Hacı Ələsgər onun ruhani olmasını istədiyindən 1832-ci ildə Axundzadəni Gəncəyə aparır. Gəncə şəhərində Fətəli məntiq və fiqh elmlərini, həmçinin şair və filosof Mirzə Şəfi Vazehdən xəttatlıq sənətini öyrənib. Fətəli 1833-1834-cü illərdə Şəkidəki rus məktəbində təhsil alıb. O, 1834-cü ildə Tiflisə gedib, ömrünün sonuna kimi Qafqaz canişininin baş dəftərxanasında işləyib. 1873-cü ildə Axundzadəyə hərbi polkovnik rütbəsi verilib. O, 1851-ci ildə Rus Coğrafiya Cəmiyyətinin Qafqaz şöbəsinə üzv seçilib, sonralar Qafqaz Arxeoqrafiya Komissiyasında tədqiqat işləri ilə məşğul olub.

Axundzadə bədii yaradıcılığına “Səbuhi” təxəllüsü altında şeir yazmaqla başlamışdır. O, Azərbaycan ədəbiyyatında azad düşüncə tərzinin ən böyük nümayəndəsidir. Onun ilk şeiri “Zəmanədən şikayət” adlanır. Şeir fars dilində, klassik şərq şeiri ənənələri əsasında yazılıb. Axundzadənin ən tanınmış əsəri 1837-ci ildə fars dilində yazdığı “Puşkinin ölümünə Şərq poeması”dır. Əsəri şair özü rus dilinə tərcümə edib. Bundan əlavə, Axundzadə “Əkinçi” qəzetində “Vəkili Milləti-Naməlum” imzası ilə məqalələr dərc etdirib.

Şərqdə ilk dəfə dram janrında əsərlər yaradan məhz Axundzadə olub. Onun “Təmsilat” adı altında birləşdirilmiş altı komediyası 1859-cu ildə Tiflisdə çap olunub. Həmin komediyalar sırasında “Hekayəti-Molla İbrahimxəlil kimyagər”, “Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəlişah caduküni-məşhur”, “Hekayəti-xırs quldurbasan”, “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, “Sərgüzəşti-mərdi-xəsis” (“Hacı Qara”) və “Mürafiə vəkillərinin hekayəti”ni qeyd etmək olar. Avropa şərqşünasları Axundzadənin komediyaları ilə elə ilk tanışlıqda, onu Avropa dramaturgiyasının korifeyləri Aristofanla və Molyerlə müqayisə etmişlər.

Mirzə Fətəli Axundzadə 26 fevral 1878-ci ildə ürək xəstəliyindən vəfat edib və Tiflisdə dəfn olunub. 2012-ci ildə şairin Bakıda 200 illik yubileyi keçirilən zaman ona həsr olunmuş “Sübhün səfiri” filmi nümayiş edilib.

Mənbələr: 

- http://www.anl.az/el/emb/M.F.Axundzade/about.html

- http://www.anl.az/down/meqale/edebiyyat/2012/noyabr/279946.htm

- https://portal.azertag.az/az/node/104

- https://kulis.az/news/3280

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 14:34

Miyazakinin sehrli dünyası Bakıda canlanacaq: məşhur animelərin musiqiləri şam işığında səslənəcək

Yerli xəbərlər
Bu gün, 11:56

İlham Əliyev Ərdoğana başsağlığı verib

Xarici xəbərlər
Bu gün, 11:36

Paşinyan KTMT-nin Moskva sammiti ilə eyni gündə Türkiyəyə səfər edəcək

Yerli xəbərlər
Bu gün, 11:16

Dənizkənarı Milli Park ərazisində ehtiyatsızlıqdan suya yıxılan şəxs xilas edilib

Yerli xəbərlər
Bu gün, 11:07

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb

Yerli xəbərlər
Bu gün, 11:01

Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb

Yerli xəbərlər
Bu gün, 10:03

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Xarici xəbərlər
Dünən, 17:04

Lebron Ceymsin ABŞ millisindəki ilk oyununda geyindiyi forma 722 min dollara satılıb

Xarici xəbərlər
Dünən, 17:02

Macarıstanın sabiq baş nazirinin qardaşı insan alverində şübhəli bilinərək saxlanılıb

Yerli xəbərlər
Dünən, 14:16

Ərdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib

Yerli xəbərlər
Dünən, 14:05

Draqan Vladisavljeviç "Dostluq" ordeni ilə təltif edilib - SƏRƏNCAM

Yerli xəbərlər
Dünən, 12:05

Sabah Bakıda hava yağmursuz olacaq

Xarici xəbərlər
Dünən, 11:47

703 milyon dollarlıq boşanma — milyarder səhmlərini satdı

Xarici xəbərlər
Dünən, 11:36

Kruiz gəmisindən dənizə düşən pianoçu 9 saat sonra sağ tapıldı

Yerli xəbərlər
Dünən, 11:33

Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib

Xarici xəbərlər
Dünən, 11:27

"Nvidia" rəhbəri həyat yoldaşına xəyanət etdiyini etiraf edib və üzr istəyib

Yerli xəbərlər
Dünən, 11:15

Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir

Yerli xəbərlər
Dünən, 11:07

DYP avtomobillə səfərə çıxanlara xəbərdarlıq edib

Yerli xəbərlər
Dünən, 10:43

Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava

Xarici xəbərlər
Dünən, 10:39

Maduro ABŞ həbsxanasında dinə maraq göstərməyə başlayıb

Yerli xəbərlər
Dünən, 08:43

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib - FOTO

Yerli xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd edilir

Yerli xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 9 noyabr

Yerli xəbərlər
08 noyabr 2026, 15:55

Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

Oxşar xəbərlər