Azərbaycan iranlı narkotaciri “qırmızı bülleten”lə beynəlxalq axtarışa verib. Bu barədə 11 noyabr tarixində APA məlumat verib.
Qaçaqmalçılıq, narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən İran vətəndaşı, 1980-ci il təvəllüdlü Tohid Ahmedzadehdehghan barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Onun barəsində Azərbaycan məhkəmələri tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilib və saxlanılması ilə bağlı beynəlxalq axtarış elan edilib.