Bu gün müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ABŞ-nin ölkəmizdəki hərbi attaşesi polkovnik Kayl Metyu Koun ilə görüşüb.
Bu barədə 12 noyabr tarixində Müdafiə Nazirliyi məlumat verib.
Görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.