Noyabrın 11-i Ordumuzun Kəlbəcər rayonunun Bəzirxana yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutulub.
Bu barədə 11 noyabr tarixində Müfadiə Nazirliyi məlumat verib.
Atəş Ermənistan silahlı qüvvələri bölmələrinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən açılıb.
Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.