Noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilir. Bu barədə 11noyabr tarixində Prezidentin Mətbuat Xidməti məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşılayıb.
Şavkat Mirziyoyev Dövlət Başçıları Şurasının iclasını açaraq giriş nitqi ilə qonaqları salamlayıb.
Dövlət başçısı İlham Əliyev Zirvə Görüşündə çıxış edib.