Azərbaycan Voleybol Federasiyasının (AVF) sabiq vitse-prezidenti Vaqif Əliyev vəfat edib. Bu barədə 12 noyabr tarixində Federasiya məlumat verib.
“Fəxri bədən tərbiyəsi və idman işçisi”, “Azərbaycan Respublikasının Əməkdar Bədən tərbiyəsi və İdman Xadimi” adına layiq görülmüş funksioner uzun sürən xəstəlikdən dünyasını dəyişib.
Qeyd olunub ki, uzun illər Milli olimpiya Komitəsində İcraiyyə Komitəsinin, Gənclər və İdman Nazirliyində isə kollegiyanın üzvü olmuş V.Əliyev məşqçi və hakim kimi də fəaliyyət göstərib.