Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 20 nəfər saxlanılıb. Bu barədə 25 oktyabr tarixində Dövlət Vergi Xidmətinə istinadən məlumat verilib.
Bundan başqa, məlumata görə, ibtidai istintaqdan yayınan 977 şəxs dindirilməsi üçün məcburi gətirilib, 1 204 nəfər şəxsin yeri müəyyən edilməklə istintaqa məlumat verilib və 460 şəxsin tapılaraq istintaqa gəlməsi təmin edilib.
2022-ci ilin 9 ayı ərzində ümumilikdə 23,2 milyon manat məbləğində ziyanın ödətdirilməsi təmin edilib.