"Rosselxoznadzor"un Volqoqrad, Həştərxan, Rostov vilayətləri və Kalmıkiya Respublikası üzrə idarəsi, Azərbaycandan Volqoqrada ixrac edilən 38 ton üzümü yoxlayıb.
Bu barədə 12 noyabr tarixində Report quruma istinadən məlumat verib.
Laboratoriya tədqiqatları zamanı üzümlərdə Rusiya üçün vacib sayılacaq karantin məhdudiyyəti müəyyən edilməyib.
Giləmeyvə Azərbaycandan bölgəyə avtomobil yolu ilə ixrac olunub.