Noyabrın 15-də, Fransa Senatında Azərbaycan əleyhinə qətnamə layihəsinin müzakirə olunacağı gün azərbaycanlılar aksiya keçirəcəklər. Bu barədə 12 noyabr tarixində APA məlumat verib.
Məlumata əsasən, aksiya Fransa Senatının qarşısında keçiriləcək.
Xatırladaq ki, 3 oktyabr 2022-ci il tarixində Fransa Senatında ölkəmizə qarşı qətnamə layihəsi təqdim edilib. Senatın 6 üzvünün hazırladığı və baxılması 15 noyabr tarixinə təyin edilən qətnamə layihəsində Fransa hakimiyyətinin və digər Avropa İttifaqı ölkələrinin “Azərbaycandan idxal edilən qaz və neftə embarqo tətbiq etmək” çağırışı yer alıb, ölkəmiz Beynəlxalq Cinayət Məhkəməsi ilə təhdid edilib.
Qeyd edək ki, Kubra Ələkbərova və Azərbaycanın daha 9 sıravi vətəndaşı tərəfindən hazırlanan və oktyabrın 11-də xalqımız adından Fransa Senatına və xalqına ünvanlanan petisiya Fransanın Mesopinions.com saytında yerləşdirilib.