top
Bacısı qızını öldürən şəxsin cəzası məlum olub
11 noyabr 2022, 05:45
- ↺ +

Bacısı qızını öldürən şəxsin cəzası məlum olub

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Göyçayda bacısı qızını boğaraq öldürməkdə təqsirləndirilən şəxsin apellyasiya şikayəti üzrə qərar elan edilib. Bu barədə 11 noyabr tarixində Report məlumat verib.

Vüqar Bədəlov barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə qərarı Şəki Apellyasiya Məhkəməsi elan edib.

Hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

2021-ci il mayın 9-u saat 06 radələrində Göyçay rayonunun Bığır kəndi ərazisində kənd sakini, 19 yaşlı Fatimə Məmmədova dayısı V.Bədəlov tərəfindən yastıqla boğularaq qətlə yetirilib.

İttihama görə, dayı bacısı qızını namus üstə öldürüb. Belə ki, F.Məmmədova nişanlı olub. Lakin o, sonradan nişanlı ola-ola evdən qaçıb və yenidən evə qayıdıb.

Hadisə günü F.Məmmədova evdə ayrı-ayrı şəxslərlə uca səslə telefonla danışıb. V.Bədəlov da qadının bu hərəkətlərinə irad bildirib. Bacısı qızı isə onu nalayiq ifadələrlə təhqir edib və dayısına əhəmiyyət vermədən yenidən telefonla danışmağa başlayıb.

Daha sonra V.Bədəlov F.Məmmədova yatan zaman onu yastıqla boğaraq öldürüb.

Xatırladaq ki, V.Bədəlov ifadəsində F.Məmmədovanın TikTok sosial şəbəkələrində bir çox videogörüntülərinin yayıldığını da deyib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Yerli xəbərlər
Bu gün, 11:07

DYP avtomobillə səfərə çıxanlara xəbərdarlıq edib

Yerli xəbərlər
Bu gün, 10:43

Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava

Xarici xəbərlər
Bu gün, 10:39

Maduro ABŞ həbsxanasında dinə maraq göstərməyə başlayıb

Yerli xəbərlər
Bu gün, 08:43

Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib - FOTO

Yerli xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd edilir

Yerli xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 9 noyabr

Yerli xəbərlər
Dünən, 15:55

Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub

Yerli xəbərlər
Dünən, 12:14

Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Yerli xəbərlər
Dünən, 09:14

Mehriban Əliyeva Zəfər Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib

Yerli xəbərlər
Dünən, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur!

Yerli xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 8 noyabr

Xarici xəbərlər
07 noyabr 2026, 15:23

Meqan Marklın atası uşaq pornoqrafiyasına görə həbs edilib, daha sonra ev dustaqlığına buraxılıb

Yerli xəbərlər
07 noyabr 2026, 14:20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Yerli xəbərlər
07 noyabr 2026, 14:10

Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub

Yerli xəbərlər
07 noyabr 2026, 13:35

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Yerli xəbərlər
07 noyabr 2026, 13:07

Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsi istifadəyə verilib

Yerli xəbərlər
07 noyabr 2026, 12:48

Prezident İlham Əliyev Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib

Yerli xəbərlər
07 noyabr 2026, 12:45

Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

Yerli xəbərlər
07 noyabr 2026, 12:25

Sabah Azərbaycanda intensiv yağış yağacaq

Yerli xəbərlər
07 noyabr 2026, 12:18

Yol polisi sürücü və piyadalara yağışlı havada ehtiyatlı olmağı tövsiyə edib

Yerli xəbərlər
07 noyabr 2026, 11:59

Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib

Yerli xəbərlər
07 noyabr 2026, 11:34

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

Yerli xəbərlər
07 noyabr 2026, 11:11

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

Yerli xəbərlər
07 noyabr 2026, 10:13

Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu bu gün keçiriləcək

Oxşar xəbərlər