Bakıda 38 yaşlı qadın intihar edib. Bu barədə 14 noyabr tarixində Report məlumat verib.
Hadisə noyabrın 11-də paytaxtın Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü Nurlanə Nəsirova yaşadığı evin tavanına bərkidilmiş iplə özünü asıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd olunub ki, N.Nəsirova evli idi, bir uşağı qalıb.