İki gün əvvəl piyadanı vuraraq öldürən "Bakubus" sürücüsü saxlanılıb. Bu barədə 11 noyabr tarixində APA məlumat verib.
Qeyd edək ki, 1992-ci il təvəllüdlü Məmişov Valeh Musa oğlu idarə etdiyi “BakuBus” MMC-yə məxsus “BMC” markalı avtobus ilə hərəkətdə olarkən yolu keçmək istəyən 1938-ci il təvəllüdlü Dadayev Qesabulla İsgəndər oğlunu vuraraq hadisə yerindən uzaqlaşıb. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Sürücü saxlanılıb.