Bakının Nəsimi rayonunda iki avtomobil toqquşub. Bu barədə 14 noyabr tarixində APA məlumat verib.
Qəza Abbasqulu ağa Bakıxanov və Rəşid Behbudov küçələrinin kəsişməsində qeydə alınıb.
Belə ki, “Hyundai” markalı nəqliyyat vasitəsini idarə edən sürücü sükana nəzarəti itirərək eyni istiqamətdə hərəkətdə olan “BMW” markalı maşına çarpılıb. Qəza nəticəsində “Hyundai”ın sərnişini xəsarət alıb. Avtomobil deformasiyaya uğrayıb.
Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.
[gallery link="file" columns="2" size="full" ids="93979,93980"]