Bakıda mağazadan mobil telefonlar oğurlayan şəxs mühafizə polisi tərəfindən saxlanılıb. Bu barədə 11 noyabr tarixində İnsanoid DİN-in mətbuat xidmətinə istinadən məlumat verir.
Nizami rayonunda mobil telefon və məişət əşyalarının satıldığı mağazadan oğurluq edilib.
Xüsusi texniki mühafizə vasitələri ilə qorunan həmin mağazadan 13 ədəd ümumi dəyəri 31 min manat olan “İphone” markalı mobil telefonu oğurlayan Abşeron sakini Zakir Fərəcov “isti izlər”lə saxlanılıb.
Araşdırmalar davam edir.
[caption id="attachment_93799" align="alignnone" width="640"]
Foto DİN[/caption]