Bakıda top mərmisi tapılıb. Bu barədə 14 noyabr tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
122 millimetrlik OF-462 top mərmisi Binəqədi rayonunun 28 May qəsəbəsi ərazisində aşkarlanıb.
Sursat mütəxəssislər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.