Bakıda yaşayış binasında partlayış olub, xəsarət alan var. Bu barədə 25 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Hadisə Yasamal rayonu, Mətbuat prospekti, 22 ünvanında yerləşən çoxmərtəbəli binada baş verib.
İlkin ehtimala görə, partlayış beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 60 kvadratmetr olan üçotaqlı mənzilin hamam otağında məişət qazının sızması nəticəsində baş verib.
Partlayış dalğasının zərbəsindən otaqların pəncərə çərçivələri yerindən çıxıb, şüşələri qırılıb. Hadisə nəticəsində 1950-ci il təvəllüdlü Manafov Şahin Manaf oğlu xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
[gallery link="file" size="full" columns="4" ids="90883,90884,90885,90886"]