Noyabrın 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.
Paytaxtda gecə 8-10°, gündüz 13-15° isti olacaq.
Rayonlarda hava yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-9° isti, gündüz 13-18° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 2-6° isti olacaq.