Biləsuvarın su təchizatında problemlər yaranıb. Bu barədə 11 noyabr tarixində Report məlumat verib.
Su kəmərində baş vermiş qəza ilə əlaqədar olaraq şəhər ərazisində suyun verilişi dayandırılıb. "Azərsu" ASC-nin Biləsuvar Rayon Su Kanal İdarəsindən bildirilib ki, fasilə müvəqqəti xarakter daşıyır.
Qeyd olunub ki, buna səbəb şəhəri içməli su ilə təchiz edən mərkəzi boru kəmərində qəzanın baş verməsidir:
"Nəticədə şəhərin su təsərrüfatında saat 13:00-dan saat 21:00-dək müvəqqəti fasilə yaranıb. Hazırda qəzanın aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçirilir".