12 noyabr 1995-ci ildə müstəqil Azərbaycanın ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası qəbul edilib. 1996-cı ildə ümummilli lider Heydər Əliyevin imzaladığı Sərəncama əsasən, 12 Noyabr - Konstitusiya günü elan edildi.
1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yaranır. Bu səbəbdən Prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradılır və Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilir. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunmuşdur.
Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoymuşdur. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.