2022-ci ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri 2021-ci ilin eyni aylarına nisbətən 13,7% artıb. Bu barədə 11 noyabr tarixində Dövlət Statistika Komitəsi məlumat verib.
Məlumatda bildirilib ki, qida məhsulları üzrə qiymət artımı 20,1%, qeyri-ərzaq məhsulları üzrə 7,9%, ödənişli xidmətlər üzrə isə 10,4% təşkil edib.
Oktyabr ayında əvvəlki aya nisbətən ən çox qiymət artımı çay, qəhvə və kakaoda (6%), tərəvəzlərdə (5,8%), ət və ət məhsullarında (2,8%) qeydə alınıb.
Qeyd edək ki, ötən il Azərbaycanda orta illik inflyasiya 6,7% təşkil edib.