Bu il respublikanın 9 rayonunda çəltik əkini aparılıb. Bu barədə 12 noyabr tarixində Kənd Təsərrüfatı Nazirliyi məlumat verib.
Çəltik əkinlərinin ümumi sahəsi 3 194,25 hektar təşkil edir. 2022-ci ildə ən çox Lənkəran (802,3 ha), Ağdaş (681 ha) və Ucar (678 ha) rayonlarında çəltik əkilib.
Bu günədək sahələrdən 11 548,12 ton məhsul yığılıb. Hazırda çəltik üzrə orta məhsuldarlıq 36,2 sent/ha təşkil edir. Bu, ötən ilin yekun orta məhsuldarlıq göstəricisindən 1,4 sent/ha çoxdur.
Bu il respublikada 2021-ci ilə nisbətən 848 ton çox məhsul istehsal olunub.
Qeyd edək ki, çəltikçilik ölkənin ərzaq təhlükəsizliyi zəncirində önəmli yer tutur və çəltik bitkisi Azərbaycanda ənənəvi becərilən bitki hesab olunur.
Aqrar Subsidiya Şurasının qərarına əsasən, çəltik becərilən sahənin hər hektarına görə fermerlərə 360 manat əkin subsidiyası verilir.